Keçmiş Baş Qərargah rəisindən xəbərdarlıq - "Sərxoşluğun ən pisi zəfər sərxoşluğudur"

Keçmiş Baş Qərargah rəisi ordu generalı Hilmi Özkök Türkiyədə baş verən son hadisələrlə bağlı açıqlama verib.

Özkök bu cəhdi "xain təşəbbüs" adlandırıb: "Hökumətləri dəyişdirmək seçicinin, müxalif partiyaların vəzifəsidir. Silahlı Qüvvələr siyasi fəaliyyətin xaricindədir."

"AzPolitika"nın məlumatına görə, Özkök hərbi çevrilişə cəhdin qarşısı alındıqdan sonra vəzifəsi əmr yerinə yetirmək olan əsgərlərə qarşı tətbiq olunan fiziki zorakılığı pisləyib: "Sərxoşluğun ən pisi zəfər sərxoşluğudur. Bu cür davranışlara dərhal son verilməlidir. Övladlarını əsgərə göndərmiş, Türk Silahlı Qüvvələrinə əmanət etmiş ata-anaları düşünün. Əsgərlə xalq arasında nifrət toxumları əkilməməli, bu cür davranışlardan çəkinilməlidir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar