ABŞERONUN BU QƏSƏBƏSİNDƏ SU YOXDUR! - Problemlər isə saysız-hesabsızdır (Şikayət)

Bakı şəhəri, Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin "AzPolitika.info"ya müraciət edərək, qəsəbədə olan problemlərı işıqlandırmağımızı xahiş ediblər.

Sakinlərin bildirdiyinə görə, qəsəbədə olan problemləri saymaqla bitməz. Qəsəbə sakinlərinin ən çox şikayət etdikləri problem, bu qızmar yay günlərində su üzünə həsrət qalmaqları olub. Sakinlərin bildirdiyinə görə, qış mövsümündə bu qəsəbədə su cəhətdən elə də ciddi problemlər yaşanmır, çünki qış mövsümündə suya olan tələbat az olur.

Bəs bu qəsəbə sakinlərinə isti yay günlərində suyun verilməməsinə səbəb nədir? Qəsəbə sakinləri bildirir ki, bu problemin əsəas səbəbi, qəsəbənin girişində, yəni "Yanar Dağ"da bir qrup məmura məxsus olduğu deyilən istilikxanalardır. "Yay fəsli gəldi, bizim qəsəbədə su problemi böyük vüsət alır. Biri deyir suyu yuxarıdan buraxmırlar, biri deyir istilikxanalara ötürülür, başqa biri isə deyir ki, problem Abşeron rayon Su İdarəsindədir. Qəsəbənin böyük hissəsinə suyu həftədə 1 dəfə, onu da gecə saatlarında verirlər. Bunu da qəsdən o vaxt verirlər ki, gecə saatlarnda sudan az istifadə edilsin. Bu isti yay günlərində həyət-bacada olan meyvələr, əkin əraziləri məhv olub gedir. Bunları qoyaq bir kənara, bilirsiniz ki, yay günlərində suya tələbat çox olur, biz su tapa bilmirik ki, içmək üçün istifadə edək, maşınla su almaqdan yorulmuşuq. Suyu 5-6 gündən, bəzən də elə olur ki, heç həftədə bir də vermirlər" - deyə qəsəbə sakinləri şikayətlərini bildiriblər.

Qəsəbə sakinləri bizdən digər problemləri də işıqlandırmağımızı xahiş etdilər. Şikayətçilər qəsəbənin problemlərini aşağıdakı kimi qruplaşdırırlar:

- Yolların bərbat vəziyyətdə olması, qəsəbədə kanalizasiya sisteminin olmaması,  ictimai nəqliyyatın bərbad vəziyyətdə olması (Söhbət 217 N-li marşrut xəttindən gedir), məhəllələr arasında zibil yeşiklərinin qoyulmaması, yolların işıqlandırılmaması, qış mövsümündə elektrik xətlərinin normal işləməməsi, tez-tez işıqların sönməsi, bələdiyyənin fəaliyyətsizliyi və sairə.

Vaxtaşırı qəsəbə sakinlərinin bu şikayətlərini işıqlandırmağa çalışacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar