4 BANKIN LİSENZİYASI LƏĞV EDİLDİ - Əmanətlərin taleyi necə olacaq?

1376397813-banca bankAzərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyaları ləğv edilib.

Bu barədə Palatadan verilən məlumatda bildirilir.

Palata bu qərarını həmin bankların aktivlərini qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirmədiklərinə, mümkün zərərlər üzrə adekvat ehtiyatlar yaratmadıqlarına, məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiklərinə, təhrif edilmiş hesabatları təqdim etdiklərinə, bütövlükdə cari fəaliyyətlərini etibarlı və prudensial qaydada idarə etmədiklərinə, eləcə də nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirmədiklərinə görə qəbul etmişdir.

Qərar problemli və adekvat kapitallaşmamış bankların sistemdən kənarlaşdırılması vasitəsilə bank sektorunda rısklərin azaldılması, maliyyə dayanıqlığının gücləndirilməsi, etimadın artırılması və bütövlükdə maliyyə sektorunun inkişafına istiqamətlənmişdir.

“Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv banklardır və əhalinin bu banklarda olan qorunan əmanətləri Fond tərəfindən ödəniləcəkdir.

22 iyul 2016-cı il tarixdən lisenziyaları ləğv olunmuş banklara MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. Palata sözügedən banklara ləğvedicinin təyin edilməsi barədə məhkəməyə müraciət edib və bu bankların gələcəkdə ləğvi MBNP-nın nəzarəti altında aparılacaqdır.

Əlavə məlumat üçün (012)493-5058 nömrəsinə və ya [email protected] elektron poçt ünvanına müraciət oluna bilər.

“Lisenziyası ləğv edilən “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də qorunan əmanətlərin ümumi məbləği 140 mln. 300 min manatdır”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

rufet_aslanliR.Aslanlının sözlərinə görə, banklarda olan qorunan əmanətlərin həcmi bankın böyüklüyünə görə dəyişir.

Sədr bildirib ki, bu əmanətlər 40,7 min hesabda toplanıb: “Amma bu o demək deyil ki, bu qədər qorunan əmanətçi var. Çünki bir şəxsin bir neçə hesabı var. Hazırda bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılır və ondan sonra əmanətçilərə kompensasiya ödənilməsi məsələsinə baxılacaq”.

Beləliiklə, Rüfət Aslanlının sözlərindən belə məlum olur ki, yüksək faizlə və 30 min manatdan artıq qoyulan (bu limit ləğv olunan vaxtadək) əmanətlərin taleyi sual altındadır.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar