“İLQAR ƏLİYEVİN ADAMLARI İLƏ RAZILIĞA GƏLMİŞİK”DİN polkovnikinin vasitəçiliyi

Dərc olunub: 24/09/2013 - 15:02

35816Elşad Abdullayev “məğlubedilməz” Azərbaycan mafiyasına dair yeni gizli videoçəkilişini yaydı

Fəaliyyəti dayandırılmış ABU rektoru, hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev qardaşı Mahir Abdullayevin 2003-cü ildə müəmmalı şəkildə yoxa çıxması ilə bağlı yeni gizli videoçəkilişini yayıb. AzPolitika.info-ya təqdim olunmuş yeni videoda Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə Mahirin geti qaytarılması üçün onu oğurlayanlarla E.Abdullayev arasında vasitəçilik edir. Deyir ki, bu pullar təcili sürətdə prezidentin əmisi oğlu İlqar Əliyevə çatdırılmalıdır. Mahir  Bakının yaxınlığındadır, sağ-salamatdır, arxayınçılıqdır. R.İldırımzadə E.Abdullayevi əmin etməyə çalışır ki, Mahirin geri qaytarılmasını onlardan (?) başqa heç kim həll edə bilməz. “Bizdən başqa kim gəlsə onları qov, biz İlqar əliyevin adamları ilə razılığa gəlmişik”, deyə, o bildirir. 

Xatırladaq ki, E.Abdullayev bundan əvvəl Rasim İldırımzadənin Mahirin geri qaytarılması üçün vasitəçiliyinə dair daha 4 gizli videoçəkilişi ictimailəşdirib. Lakin bu günə qədər adam oğurluğu kimi ağır cinayətin vasitəçiliyini edən bu DİN polkovniki ilə bağlı heç bir tədbir görülməyib. Hətta onu işdən belə çıxarmayıblar.

R.İldırımzadınin qardaşı isə Xətai rayonunun prokuroru vəzifəsində qanunların “keşiyindədir”.

E.Abdullayevin KRİMİNAL AZƏRBAYCANa dair növbəti gizli çəkilişini təqdim edirik.






loading...


Fikrinizi bildirin