"BAŞ QƏRARGAH RƏİSİNİ GÜLƏNLƏ DANIŞDIRMAQ İSTƏDİLƏR" - Ərdoğandan şok açıqlama

Prezident Ərdoğan Fransanın "France 24" kanalına verdiyi müsahibəsində ilk dəfə maraqlı faktlar açıqlayıb.

"AzPolitika.info" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyul çevriliş cəhdində kəşfiyyat zəifliyi olub olmadığna dair verilən suala, kəşfiyyatda müəyyən nöqsanlar olduğunu, ancaq Baş Qərargah rəisi Hulusi Akar ilə MİT rəhbəri Hakan Fidanın vəzifələrinin başında olduğununu bildirib.

Ərdoğan: "Bizdə bir söz var dərəni keçərkən at dəyişdirilməz", indiki məqamda vəzifələrinə davam edəcəklər. Belçikada reallaşan havalimanı hücumundan əvvəl Türkiyənin Belçikaya xəbərdarlıq etdiyini bildirən Ərdoğan "Bizi dinləmədilər və bu hücum reallaşdı" deyə açıqlama verib.

Edam mövzusunda verilən sual qarşısında "Dünyanın bir çox ölkəsində edam bu gün tətbiq olunan bir üsuldur. Millət bunu istədikdən sonra bizim üçün hər şey dəyişər" deyən Ərdoğan: "Türkiyə illərdir Avropa Birliyinin qapısındadır. Bizim namizədlik müddətimizdə Türkiyədən daha sonra namizədliyi olan bir çox ölkə üzvlüyə qəbul edildi. Türkiyə gərək insan hüquqları, gərək iqtisadi olaraq güclü bir ölkədir" deyən Ərdoğan, Türkiyənin AB-yə qəbul edilməməsi haqda da açıqlama verib.

gulenDaha sonra açıqlama verən Ərdoğan bu ifadələri işlədib: "Fransada aylarla fövqəladə vəziyyət elan edildi, Belçikada, ABŞ-da, Almaniyada 6 adam öldü və fövqəladə vəziyyət elan edildi. Türkiyədə 246 nəfər həyatını itirdi. Bu ölkələrin heç biri zərbə təşəbbüsü ilə qarşılaşmadı. Ancaq bunlar Pensilvaniyadan aldıqları təlimatlarla zərbə cəhdini hazırladılar. Bunlardan biri Baş Qərargah rəisinə "Sizi Fəthullah Gülənlə danışdırmaq istəyirik" deyib. Bunu ilk dəfə sizin kanalınızda açıqlayıram".

 

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar