1200 hərbçi sərbəst buraxıldı

Türkiyənin paxtaxtı Ankarada dövlət çevrilişi cəhdində iştirak edən 1 200 hərbçi sərbəst buraxılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ankarada dövlət çevrilişi cəhdinin istintaqını aparan prokurorluq qərar qəbul edib.

Ankara prokuroru Harun Kodalak jurnalistlərə bildirib ki, bəzi hərbçilər nəyə alət olduqlarını bilməyə bilərlər: "Xalqa atəş açmayan, onların üzərinə hərbi maşın sürməyın, nə olduğunu bilməyən hərbçiləri qısa müddətdə ayırd edəcəyik. Həmin xainlərin "Ergenekon", "Balyoz" kimi cinayət işlərində etdikləri kimi, günahsız hərbçilərin cəza almasına imkan verməyəcəyik. Bizim araşdırmamız onlarınkına bənzəməyəcək. Biz ədalətli davranacağıq. Biz dövlətin prokurorlarıyıq, onlar isə təşkilatın hakim, prokurorları idilər".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar