«MƏRDCƏ SÖYLƏYİN, KİMDƏN YANASINIZ?» - Qiyam günü Ərdoğanla pilotların tarixi dialoqu

Türkiyənin “Posta” qəzeti 15 iyulda çevriliş cəhdi davam edərkən Prezident Ərdoğanın ailəsi ilə birlikdə 4 gündür istirahətdə olduğu Marmarisi necə tərk etdiyi ilə bağlı yeni məlumatlar paylaşıb.

“AzPolitika.info”-nun məlumatına görə, yeni təfərrüatın ən diqqətçəkən məqamlarından biri Ərdoğanın onu və ailəsini aparmaq üçün gələn helikopterin pilotları ilə dialoqudur. Prezident 2 pilota sual verib: “Mənə mərdcə cavab verin, kimdən yanasınız...”

Məlum olduğu kimi, prezident Ərdoğan çevriliş cəhdi xəbərini ailəsi ilə birlikdə 4 gündür istirahət etdiyi “Marmaris Grand Mares Otel”də alıb. 6 saatlıq gərgin gözləntidən sonra oteldən ayrılmağa qərar verilib. Cümhurbaşqanlığına aid helikopter otelin meydançasına işıqları söndürülmüş vəziyyətdə enib. Həmin vaxt Ərdoğan, həyat yoldaşı Əminə Ərdoğan, qızı Esra Albayraq, kürəkəni, enerji naziri Berat Albayraq, nəvələri – 11 yaşlı Mahinur və 7 aylıq Sadiq ilə birlikdə helikopterə yaxınlaşırlar. Prezidentin mühafizə rəisi Muhsin Köse və özəl dəftərxana müdürü Hasan Doğan da onlarla birlikdə olub.

Ərdoğan bu zaman helikopterdəki pilotlara yaxınlaşaraq, qəti bir səslə soruşub: “Mənə mərdcə söyləyin, kimdən yanasınız?”

Pilotlar da eyni qətiyyətlə Ərdoğana belə cavab veriblər: “Sizdən yanayıq! Həm də sonuna qədər. Sizi və ailənizi gedəcəyimiz yerə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Ölsək də birlikdə öləcəyik!” Ərdoğan “sağolun” deyərək, yerinə oturub.

Prezident ailəsi ilə birlikdə havaya qalxan helikopter, Dalaman hava limanına alçaqdan uçaraq və işıqlarını yandırmadan istiqamət götürüb. Hərbi radarlara yaxalanmamaq üçün belə edilib.

Helikopter havaya qalxdıqdan cəmi 15 dəqiqə sonra prezident və ailəsi olan evlər güclü atəş altına düşüb.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar