Ermənistanda qiyamçılar bütün girovları - Azadlığa buraxıb

Ermənistanda polis şöbəsini nəzarətdə saxlayan silahlı qrup sonuncu girovlar - Ermənistan polisinin rəsi müavini Vardan Eqiazaryan və İrəvan polisinin rəsi müavini Valeriy Osipyanı azadlığa buraxıb.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bundan əvvəl iki sıravi polis heç bir şərt irəli sürülmədən azad olunmuşdu.

Qeyd edək ki, silahlı qruplaşmanın üzvü Varujan Avetisyan və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qeorqi Kutoyan arasında görüş keçirilib. Görüşdə mətbuat rahat işləməsi üçün mərkəzin yaradılması şərtilə girovların azadlığa buraxılması barədə razılıq əldə edilib

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar