"Azərbaycan FETÖ-ya qarşı ciddi addımlar atıb"- Türkiyə XİN başçısı

"Türkiyə Fətullahçı terror təşkilatının (FETÖ) qurumlarının mövcud olduğu dövlətləri həmişə məlumatlandırıb"."Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, bəzi ölkələrdə bununla bağlı tədbirlər görülmüşdü: "Ancaq Türkiyədə iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdindən sonra çox ciddi addımlar atıldığını görürük. Məsələn, Somali rəsmi şəkildə FETÖ ilə əlaqəli olan bütün məktəbləri bağlayıb və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verib.

Azərbaycanda və İordaniyada da eyni şəkildə addımlar atılıb. Nigerdə də onların fəaliyyətləri qadağan edilir. Şimali Kiprdə FETÖ terror təşkilatı siyahısına daxil edilib. Həmin ölkələrə qaçanlar da var, onları da gətirəcəyik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar