Rusiyanın bütün bazaları döyüş hazırlığına gətirildi

Rusiya cənubdakı bütün hərbi hissələrini yüksək hazırlıq səviyyəsinə gətirib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsi yayıb.

Təlim Şimali Qafqaz, Krım, Abxaziya, Cənubi Osetiya, Ermənistan, Qara dəniz və Xəzər dənizində keçirilir. Hərbi təlimdə 58 və 49-cu ordular, Qara dəniz və Xəzər dəniz donanmaları iştirak edir. Rusiya Şimali Qafqaz və Cənubi Osetiyada 16 min, Dağıstanda 1000 əsgər və 10 gəmi, Ermənistanda isə 4 min əsgər və 600 hərbi texnikanı təlimə cəlb edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar