İŞİD Əfqanıstan paytaxtında partlayış törədib - 80 nəfər ölüb (Yeniləndi)

isid.20141128144024Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı partlayış törədilib.

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 60 nəfəri ötüb, yaralıların sayı 207 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə hökumətə istinadən "Tolo" telekanalı məlumat yayıb.

Daha sonra Əfqanıstan Daxili İşlər Nazirliyi ölənlərin sayının 80 nəfərə çatdığını, 230-dan çox insanın yaralandığını məlumat verib.

***

APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 64 adam ölüb, 207 nümayişçi yaralanıb. Küçələrinə elektrik xəttinin çəkilməsini istəyən şiə məzhəbinə mənsub etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Partlayışa görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar