Tovuzda yerli sakin evini yandıraraq - İntihar edib

tovuzOnun meyiti asılmış vəziyyətdə aşkar edilib

Tovuz rayonunun Qovlar qəsəbəsində yanğın hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın ev sahibi Vidadi Allahverdiyev tərəfindən törədilib.

Məlumata görə, yerli sakin evi yandırdıqdan sonra özünü asaraq intihar edib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb. Nəticədə həyətdə olan maşın da zərər çəkib.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar