''Traktorsazı'' matçlarının türklərin yaşadığı vilayətlərdə yayımlanması istəyir

traktorTəbrizin “Traktorsazı” futbol klubunun prezidenti Mustafa Acurlu komandanın oyunlarının sadəcə Şərqi Azərbaycanda deyil, türklərin yaşadığı digər vilayətlərdə də canlı olaraq yayımlanmasını tələb edib.

İranda idman xəbərləri yayan Tarafdari internet portalına istinadən, Acurlu Şərqi Azərbaycan Radio və Televiziya Təşkilatının sədri Möhsün Lətifi ilə görüşdə bu tələbi gündəmə gətirib.

Portalda yazılanlara görə, “klubun prezidenti 16-cı dövr İran Pro-Liqası oyunlarında "Traktorsazı" matçlarınn digər türk vilayətləri, o cümlədən Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda da canlı yayımlanmasını istəyib”

“Televiziya təşkilatının sədri hazırda bunun həyata keçirilməsi üçün çalışır. Türklərin yaşadığı vilayətlərdə "Traktorsazı" tərəfdarları sevdikləri komandanın oyunlarını canlı izləyə bilmədikləri üçün hər zaman etiraz bildiriblər,” deyə Tarafdari saytının xəbərində qeyd edilib ("Amerikanın səsi").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar