HAKİMİYYƏT RƏSUL QULİYEVİ BİABIR ELƏDİ - Sülhəddin Əkbərlə telefon söhbəti

Bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə və internet portallarında sözün əsl mənasında sensasiyalı bir audioyazı yerləşdirilib. 2 dəqiqə 7 saniyəlik audioyazı ACP lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasındakı telefon danışığıdır. Danışıq müxalifətin 22 sentyabr mitinqi zamanı baş tutur.

R.Quliyev mitinq, Cəmil Həsənli, Eldar Namazov barədə bəzi xoşagəlməz fikirlər deyəndən sonra Sülhəddin Əkbəri təqdir edir ki, nə yaxşı tribunaya çıxmayıb və özünü müəyyən qədər məsuliyyətdən kənarda saxlaya bilib.

Sülhəddin Əkbər isə R.Quliyevlə çox könülsüz danışır və qısa şəkildə bir neçə dəfə "hə" deməklə kifayətlənir.

Çox güman ki, tərəflər bu danışığı inkar edəcəklər və montaj olduğunu deyəcəklər. Lakin burada montaj əlamətləri demək olar ki, görünmür. Sadəcə olaraq Azərbaycanın xüsusi xidmət orqanları Sülhəddin Əkbərin telefonunu dinləyərkən bu danışığı qeydə alıblar və uğurlu 22 sentyabr mitinqindən sonra Milli Şura daxilində çaxnaşma yaratmaq üçün onu efirə buraxıblar. R.Quliyevlə münasibəti olan adamlar isə, bu audioyazını adı bir şey kimi qarşılayacaqlar. Hər halda çoxları bilir ki, belə senzurasız, təhqirlərlə dolu telefon danışıqları R.Quliyev üçün problem deyil. Elə bu videodan da açıq görünür ki, onun bu cür danışıqları S.Əkbərin də səbrini daşırıb və o sadəcə "hə", "yox" deməklə əlaqəni bitirməyə çalışır.

Audiyazının stenoqramını (musavat.com-a istinadla) və ardınca audionun özünü təqdim edirik.

 

R.Q: Salam Sülhəddin.

S.A: Salam, necəsiz?

R.Q: Yaxşıyam. Ə siz orada nə multfilmdi düzəltmisiz? Ayıb-ayıb. Sən öl, kefsiz e. Sən elə yaxşı eləmisən gedib çıxmamısan tribunaya.

S.Ə: Hə.

R.Q: Sənin bu addımın alqışlanır.

S.Ə: Hə.

R.Q: Mirmahmud hanı?

S.Ə: Görmürəm. Mən arxada durmuşam. Bəlkə də oralarda dayanıb.

R.Q: Yox e. Yəni tribunada görmədim.

S.Ə: Görməmişəm.

R.Q: Eldar gedib tula kimi tullanıb durub orda.

S.Ə: Hə.

R.Q: İsgəndəri ora nəyə çıxardıblar? Əli ilə İsa nətəri adamdır, başa düşə bilmirəm. Cəmil müəllim bədbaxt İsgəndərin çıxışı ilə prezident olmaq istəyir?!

S.Ə: Hə.

R.Q: Balaca stadionun 50 faizini doldura bilməmisiz.

S.Ə: Hə.

R.Q: Yaxşı ki, sən özünü təşkilatçılıqdan qırağa çəkə bilibsən.

S.Ə: Hə.

R.Q: Nəsə. Yaxşı davay.

S.Ə: Oldu. Sağ olun.

 

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar