“TOYUNA GETMƏDİM, MƏNƏ 30 MİN CƏRİMƏ YAZDI...” - Müğənnidən vergi əməkdaşına şok ittiham

“Mən hələ bu qədər özbaşınalıq görməmişəm. İki ay öncə mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, onun toy məclisində iştirak etməyimi istədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri əməkdar artist Abbas Bağırov instagramda yazıb.

Müğənni iddia edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib: “Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?

Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjimanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz”.

Əməkdar artist daha sonra vergi borcunu ödədiyini sübut edən qəbzin fotosunu instaqramda paylaşıb, “Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox”- şərhini yazıb.

***

Azərbaycanda bu günə 6 347 şou-biznes nümayəndəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçib. "Report" xəbər verir ki, bunu jurnalistlərlə keçirilən görüşdə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, həmin şou-biznes nümayəndələri ümumilikdə əvvəllər ildə 46-50 min manat həcmində vergi ödəyib: "Halbuki, bu pulu onların arasında 50-100 nəfəri ödəməlidir. Bu gün də bir müğənni bizim haqqımızda belə böhtan yayıb. Amma bizdə faktlar var. Faktlara görə, həmin şəxs 2004-2006-cı illərdə 0 manat, 2007-ci ildə 1 829 manat, 2008-ci ildə 2 979,5 manat, 2009-cu ildə 351,4 manat, 2010-2014-cü illərdə 0 manat və 2015-ci ildə 700 manat, bu il isə bir qədər sıxdıqdan sonra 2 098 manat vergi ödəyib".

Hazırda 55 vergi işi məhkəmədədir və 596 nəfərin ölkədən çıxışı məhdudlaşdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar