ÇÖRƏK BU GÜNDƏN BAHALAŞDI - Yeni qiymətlər (YENİLƏNİB)

Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb

Pərakəndə satış nöqtələrində istehlakçılara təqdim olunan çörəyin qiyməti 10 qəpik artıb. Satıcılar deyir ki, təchizatçılar bu gündən etibarən satış nöqtələrinə çörəyi yeni qiymətlərlə gətirir: "Məsələn, daha çox istehlak olunan və "zavod çörəyi" kimi tanınan məhsul bu gündən etibarən bizə 46 qəpiyə gətirilir. Təbii ki, biz də qiymət artımına getməyə məcbur olduq. Bundan öncə 40 qəpiyə satılan çörək hazırda 50 qəpiyə satılır. Çəkisindən asılı olmayaraq, çörəyin qiyməti 10 qəpik artıb".

Çörəyin bahalaşmasının səbəbi araşdırılır və yaxın vaxtda araşdırmanın nəticəsi oxuculara təqdim ediləcək.  /"APA-Economics"

___________

İyulun 30-dan respublikamızda çörəyin qiyməti artacaq. Modern.az saytı xəbər verir ki, bu barədə razılıq hazırda respublikamızda çörək istehsalı ilə məşğul olan iş adamlarının bu gün keçirilən toplantısında qəbul edilib.

Qiymət artımından sonra hazırda 30 qəpiyə satılan çörək 40 qəpiyə, 40 qəpik olan çörək isə 50 qəpiyə satılacaq. Qiymət artımı ilə yanaşı, çörəyin çəkisinin də nisbətən artırılacağı gözlənilir.

Qiymət artımının devalvasiya və elektrik enerjisinin bahalaşması ilə bağlı olduğu bildirilir.

Qeyd edək ki, unun qiymətində hər hansı dəyişiklik gözlənilmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov AzNews.az-a açıqlamasında çörəyin qiymətində müşahidə olunan artımın normal olduğunu deyib: “İstehlak zəminində 36-dan çox malın hər birinin qiymətinin bahalaşdığı halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları 9 mərtəbəli binada oturub tək zavod çörəyinin 10 qəpik bahalaşmaması üçün mübarizə aparır. Bu, səhv siyasətdir. Çörək dövlət tərəfindən qiyməti tənzimlənməyən məhsuldur. İstəyən istehsalçı onu istədiyi qiymətə sata bilər. Ancaq sözügedən qurum bazar iqtisadiyyatına düz gəlməyən bir siyasət aparır. Çörəyin qiymətinin aşağı düşməsini istəyirlərsə, gömrük rüsumlarını aşağı salmalıdırlar, azad və liberal bazar şəraiti yaratmalıdırlar. Belə olarsa bolluq olar, qiymətlər aşağı düşər. Onsuz da çörəyin qiymətinin bu şəkildə qalması liberal bazar siyasətinə ziddir. Dövlət qiyməti aşağı salmaq üçün ayrı tədbirlər görməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar