PENTAQON və CIA-i ETİRAF ETDİ - “Türkiyədə həbs olunanlar bizim adamlarımızdı” + VİDEO

Türkiyədə iyulun 15-də baş vermis hərbi çevriliş cəhdindən sonra silahlı qüvvələrdə və bütövükdə təhlükəsizlik aparatında aparılan kütləvi həbslər Pentaqonda və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində narahatlıq doğurur. Virtualaz.org xəbər verir ki, ABŞ-ın Mərkəz Komandanı (CENTCOM), general Jozef Votel Koloradoda keçirilən toplantıdakı çıxışı zamanı Türkiyədəki uğursuz çevriliş cəhdi və hökumətin buna reaksiyasının Pentaqonun bölgədəki əməliyyatlarına zərər verəcəyini deyib.

General Votel bildirib ki, çevriliş cəhdinin ardınca ABŞ ordusunun Türkiyə ordusundakı bir çox yaxın müttəfiqləri həbsə atılıb. “Bir çox türk lider, xüsusən də hərbi liderlərlə sıx münasibətlərimiz var. Bu münasibətlərin baş verənlərdən necə təsirlənəcəyi ilə bağlı narahatlıqlarımız var”-general bildirib.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper də eyni narahatlığı dilə gətirib. O, deyib ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər ya həbs olunub, ya xidmətdən kənarlaşdırılıb. “Bir çox tərəfdaşımız həbs olunub və ya ordudan xaric edilib. Şübhəsiz ki, bu ABŞ-ın Orta Şərq strategiyasını daha da mürəkkəbləşdirəcək. Uğursuz çevriliş cəhd Türkiyənin milli təhlükəsizlik aparatına bütövlükdə zərbə vurub”-Klepper deyib.

“Bloomberg” Vaşinqtonun Türkiyə ordusundakı həbslərlə bağlı narahatlığına toxunaraq yazır ki,  son 18 ayda Ərdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb.

Qeyd edək ki, Ankarada bəzi dairələr "fətullaçılrın" ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(CİA) tərəfindən idarə olunduğunu, çevrilişi də onların təşkil etdiyini söyləsə də, Vaşinqton bunu qəbul etmirdi. Obama adminstrasiyası CİA-nin "fətullaçılrla" bağlılıqlarının olduğunu qəti şəkildə təkzib edirdi. Ancaq general Jozef Votel və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepper bütün bunların yalan olmadığını etiraf ediblər. Onlar bir qədər örtülü formada olsa da, çevrilişə cəhd edən "fətullaçı" generalların onların adamı olduğunu təsdiqləyiblər. Bunun Türkiyə -ABŞ münasibətlərinə də təsirsiz ötüşməyəcəyi şübhə doğurmur.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da 15 iyul dövlət çevrilişinə cəhd zamanı bombardman edilən Xüsusi Təyinatlı Dairə İdarəsini ziyarət edərkən, bu məsələyə toxunub.Çıxışında xüsusi təyinatlı qüvvələrin 50 hərbçisinin həlak olduğunu xatırladan prezident ABŞ generalının tənqidlərini də cavabsız qoymayıb: “İçimizdə xainlər ola bilər, əsla bizi qorxutmasın, qorxutmayacaq, demişdim. Bu xainlər xüsusi təyinatlı 50 hərbçimizi öldürdü. Onlar xəyanətləri ilə anılacaq, şəhidlərimiz isə unudulmayacaq. Dünya demokratiya növbəsini çəkənləri izləyir. ABŞ-da mühüm vəzifə tutan bir general həbsləri pisləyib. Sən kimsən?! Həddini bil! Sən bu dövlətə təşəkkür etmək əvəzinə, çevrilişi törədənlərin yanında yer alırsan. Onsuz da qiyamçı sənin ölkəndədir. Mənim millətimi əsla inandıra bilməyəcəksən. Bu açıqlamalarla özünüzü ifşa edirsiniz”.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar