Latviyada NATO təlimləri başlayır

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Latviyanın «Adaji» poliqonunda NATO-nun «NATO Simple Strike 2016» beynəlxalq hərbi təlimləri başlayır. Bu barədə Latviyanın müdafiə nazirliyi xəbər yayıb.

«Təlimlərdə ABŞ-ın Liedvarde aviabazasında dislokasiya olunmuş vertolyot bölüyü («Blek Houk»), ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) Estoniyada dislokasiya olunmuş A-10 təyyarə bölüyü, Baltikyanı dövlətlərin hava məkanında patrul xidməti həyata keçirən Portuqaliya F-16 qırıcılar bölüyü hərəkətə gətiriləcək...» - deyə, nazirliyin məlumatında bildirilir.

Müdafiə nazirliyinin bildirdiyinə görə, təlimlərin əsas məqsədi quru qoşunları qüvvələri piyada briqadası ilə xüsusi təyinatlıların və atəş nöqtələrindən istifadə istiqamətində qarşılıqlı fəaliyyətin, eyni zamanda, quru qoşunları və hava qüvvələri birləşmələri arasında qarşılıqlı hərəkətin məşq edilməsindən ibarətdir.

Təlimlər avqustun 5-inə qədər davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar