Dollar sürətlə ucuzlaşmağa başladı

ABŞ dolları avroya nisbətdə sürətlə ucuzlaşmağa başlayıb.APA xəbər verir ki, buna II rübdə ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha az artması səbəb olub. ABŞ-ın Ticarət Nazirliyinin bu gün açıqladığı statistikaya əsasən, II rübdə ÜDM illik müqayisədə 1,2% artıb. "Blumberq" agentliyinin sorğu keçirdiyi ekspertlər isə bu rəqəmin 2,5% olacağını proqnozlaşdırıb.

Yenidən baxılan göstəricilərə əsasən, ABŞ iqtisadiyyatı 1,1% deyil, 0,8% artıb. Bu isə 2 illik minimum göstəricidir.

Bu statistika açıqlandıqdan sonra avro 1,1058 dollardan 1,1152 dollaradək bahalaşıb.

Bununla yanaşı, dollar Yaponiya yeninə qarşı 105,4 səviyyəsindən 102,88-dək enib.

Yenin bahalaşmasına həmçinin Yaponiya Bankının monetar siyasətin bir qədər yumşaltması barədə qəbul etdiyi qərar olub. Bununla Mərkəzi Bank iqtisadi artımı və inflyasiyanın 2%-lik səviyyəyə çıxmasını dəstəkləmək niyyətindədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar