Avropa Şurası Ermənistanda baş verənlərdən narahatdır

"Avropa Şurasına üzv ölkə olan Ermənistanda baş verən son hadisələri narahatlıqla izləyirik".

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Avropa Şurasının baş katibi Torbyorn Yaqland bildirib.

"Xatırlatmaq istərdim ki, qanunun aliliyinin rəhbər tutulduğu ölkələrdə bütün məsələlər demokratik norma və standartlara hörmət edilməklə, siyasi diaoloq vasitəsilə həll edilməlidir. Bunu nəzərə alaraq, bütün tərəfləri dərhal bu təhlükəli vəziyyətə son qoymağa və demokratik metodlara geri qayıtmağa çağırıram. Demokratiya, qanunun aliliyi və insan haqları üstün gəlməlidir. Azad toplaşmaq hüququna hörmətlə yanaşılmalıdır", - deyə T. Yaqland vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar