"ABŞ-ın Türk dövlətindəki “"Qladio"su əzildi"- Doğu Perincek

"Amerikanın çevriliş cəhdinin başında olduğu, qiyamı təşviq etdiyi, təşkilatını, “qladio”sunu atəşə sürüklədiyi açıq-aşkar ortaya çıxdı. Bu məğlubiyyət ABŞ-ın bölgədəki hərəkat qabiliyyətini zəiflətdi. Onun Türk ordusu və Türkiyə Dövləti içindəki "Qladio"su əzildi." Strateq.az xəbər verir ki, bu sözləri Vətən Partiyasının sədri Doğu Perinçek deyib.

15 iyuldan sonra yaşananları şərh edən partiya sədrinin fikrincə, müxtəlif dövlət qurumlarında aparılan kadr islahatları rəqibləri zərərsizləşdirmək cəhdi deyil, cinayətə qarışanların, çevriliş edənlərin, Amerikanın həyata keçirdiyi əməliyyatda əlinə silah alanların və onları dəstəkləyənlərin ortadan qaldırılmasıdır.

Partiyasının mərkəzi ofisində mətbuat konfransı keçirən Perinçek 15 iyulda Fetullahci Terror Təşkilatının (feto) çevriliş cəhdində ABŞ-ın rolu olduğunu bəzi faktlarla əsaslandırıb. O, ABŞ rəsmilərinin fikirlərinə istinad edərək deyib: "ABŞ Ordusunun Türk ordusundakı bir sıra ən yaxın müttəfiqlərinin həbsə atıldığını, Pentaqonun bölgədəki əməliyyatlarının zəifləyəcəyini bildirən ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin çevriliş cəhdindən sonra bəzi həmsöhbətlərinin həbs olunduğunu bildirməsi bir etirafdır”.

Perinçekin fikrincə, Türk Silahlı Qüvvələri FETÖ-dən təmizlənməklə içindəki çürüklərdən xilas oldu və ordu indi daha qüvvətli bir döyüş qabiliyyətinə malikdir: “Türk ordusu əfsanəsi geri qayıdır. "TSQ-ın başındakı Türk" kəlməsi indi çox daha qüvvətli və anlamlı səslənir”.

Partiya sədri çıxışında Türkiyə hüquq sistemində aparılan kadr islahatlarına da toxunub. Onun fikrincə, yeni prokurorluq və Dövlət Şurasının üzvlərinin təyin olunmasıyla ali məhkəmə sistemi Respublikaçılıq təməlinə oturdulub və FETÖ-dən təmizlənib: "İndiyə qədər həyata keçirilənlərdə geniş diametrli bir səhv görmürük. Ona görə də “Respublikaçılar, Atatürkçülər içəri atılır” kimi iddialar qətiyyən doğru deyil”.

Perinçek, Türkiyənin bu hadisələrdən sonra diktatorluğa gedəcəyi iddialarıyla da razılaşmır: "Türkiyədə diktatorluğun bir düsturu var: diktaturalar Amerika ilə əməkdaşlıq edilərək qurula bilər. İndi Türkiyə bu diktatura təhlükəsindən FETÖ-nü təmizləməklə xilas ola bilər. İndi də elə Türk ordusuna Amerika zənciri vurmaq istəyənlər, ölkəni bölmək üçün Amerikanın əlində alət olanlar təmizlənirlər. Bunların təmizləndiyi bir zaman Türkiyədə diktatura qurula bilərmi?”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar