TÜRKİYƏDƏ QİSAS ƏMƏLİYYATI- 35 terrorçu belə öldürüldü + VİDEO

Türkiyənin cənub-şərqində keçirilən xüsusi əməliyyat nəticəsində ölkənin hərbi qüvvələri tərəfindən PKK-nın 35 terrorçu üzvü zərəsizləşdirilib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Dogant" agentliyi Baş qərargahdan alınmış məlumata istinadən xəbər verir.

Vilayətin Yüksekova qəsəbəsində isə PKK-çılar Beybuta T. aerodromuna üç ayrı qrup halında daxil olmağa çalışıb. Kəşfiyyat və nəzarət vasitələri ilə aşkarlanan 23 terrorçu hava hərəkatı nəticəsində məhv edilib, dörd terrorçu isə quru əməliyyatı ilə öldürülüb.

Bölgədə hava dəstəkli antiterror əməliyyatı başlayıb. Və daha səkkiz terrorçu məhv edilib. Əməliyyat davam etdirilir.

Qeyd edək ki, dünən Türkiyədə PKK terrorçularının hücumu nəticəsində 8 hərbçi şəhid olub. Türkiyə mətbuatının xəbərinə görə, Hakkari vilayətinin Çukurca qəsəbəsində terrorçular gecə saatlarında yola nəzarət edən hərbçilərə hücum edib.

Qeyd edək ki, bu gün Hakkari bölgəsində 27, Çukurca bölgəsində 8 PKK terrorçusu məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar