Hərbi çevrilişə cəhdlə bağlı yenə həbslər - 74 polis

Ankarada keçirilən əməliyyat nəticəsində Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunan 74 polis saxlanılıb.

Trend bu barədə Türkiyənin "Habertürk" qəzetinə istinadən məlumat verir.

Saxlanılanlar arasında Ankara polisinin sabiq rəisləri, eləcə də adları hələ ki açıqlanmayan digər yüksək vəzifəli şəxslər var.

Daha öncə Türkiyənin daxili işlər naziri Əfqan Ala bildirmişdi ki, hərbi çevrilişə cəhdlə bağlı ümumilikdə saxlanılanların sayı 18 minə yaxın olub, bunlardan 9677 nəfər həbs edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar