Erməni əsgər güllələndi

Ermənistan hakimiyyəti İrəvanda baş verən hadisələrdən nəzərləri yayındırmaq və polisə məxsus post-patrul alayının binasını ələ keçirən silahlı bandanı dəstəkdən məhrum edib əhalinin diqqətini cəbhə xəttinə yönəltmək üçün cəhdlər göstərir.

Erməni mətbuatının yazdıqları da bunu təsdiqləyir. Qarabağdakı separatçı quruma istinad edən Ermənistan KİV-ləri son sutka ərzində Azərbaycan tərəfinin atəşkəs rejimini 30 dəfə pozduğunu iddia edib. Musavat.com-un məlumatına görə, həmin xəbərdə iddia olunur ki, müxtəlif kalibrli silahlardan erməni hərbçilərinin mövqelərinə ümumilikdə 670 güllə atılıb.

Bundan əlavə, düşmən iddia edir ki, Azərbaycan tərəfin atəşkəsi pozması nəticəsində cəbhənin şərq istiqamətində 1996-cı il təvəllüdlü Qraç Vaqinakoviç Gevorkyan yaralanıb.

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyət səbəbindən erməni hərbçilərinin bir-birini güllələməsi halları da artıb. Bundan əvvəl isə komandiri tərəfindən cəzalandırılan bir əsgərin intiharı barədə xəbər yayılsa da, yaxınları onun öldürüldüyünü açıqlamışdılar.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi son sutkada cəbhədə atəşkəs rejiminin ümumilikdə 16 dəfə pozulduğunu açıqlayıb. Məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar