Sərkisyan İrəvan qiyamçılarını ovlamaq üçün Rusiyadan snayperlər gətirib?

Ermənistan hakimiyyəti İrəvanda polis polkunun binasını nəzarətdə saxlayan “Sasun cəngavərləri” silahlı qrupunun üzvlərini bir-bir “ovlamaq” üçün Rusiyadan snayperlər gətirib. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda müxalifət nümayəndələri Facebook-da xəbərlər yayır. Xəbərlərə görə polkun ətrafındakı binaların damında mövqe tutmuş snayperləri görənlər var.

İyulun 29-da İrəvanın “Azadlıq” meydanında keçirilən növbəti mitinq zamanı “İrs” partiyasının sədrinin müavini Armen Martirosyan da bu haqda danışıb, deyib ki, Erebuni inzibati rayonunda, yaraqlıların nəzarətdə saxladığı polis polku binasının ətrafında rusiyalı snayperlər keşik çəkir. Martirosyanın bildirdiyinə görə, onlar silahlı qrupun üzvlərini dəqiq atəşlə vururlar.

Ermənistan Polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan isə bu cür məlumatların yayılmasını “vəziyyəti daha da gərignləşdirmək cəhdi” adlandırıb. Onun sözlərinə görə, bəzi şəxslər xaricdən snayperlərin gətirildiyinə dair “infantil və sərsəm məlumatlar” yayaraq vəziyyəti gərginləşdirməyə çalışır.

Xatırladaq ki, indiyədək silahlı qrupun üzvlərindən altısı snayper atəşi ilə yaralanıb. Snayperlər onlara adətən aşağı ətraflarından atəş açır. Bir yaraqlı isə təslim olub. Silahlılar radikal müxalifət lideri, “Şuşa” batalyonunun keçmiş komandiri Jirayr Səfilyanın adamlarıdır və onun azadlığa buraxılmasını , habelə Sərkisyanın istefasını və Qarabağda ərazilərin qaytarılmasına dair danışıqları dayandırmağı tələb edirlər.

Yaraqlıların ələ keçirdiyi binanın ətrafında müxalifət tərəfdarlarının növbəti mitinqinin zorakılıqla dağıdılmasından sonra polis xəsarət alan fəalları xəstəxanalardan ovlamağa başlayıb. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə vətəndaş cəmiyyəti fəalı David Sanasaryanı xəstəxana palatasından mülki geyimlilər qaçırmağa çalışıb. Lakin Sanasaryanın yaxınları buna mane ola biliblər. Əlbəyaxa çəkişmədə Sanasaryan huşunu itirib və reanimasiyaya yerləşdirilib.

Son məlumata görə İrəvanda ötən gecə baş vermiş toqquşmalarda 60-a yaxın adam xəsarət alıb. Onların arasında jurnalistlər də var. Avropa Şurasının Baş katibi Turborn Yaqland İrəvanda baş verənlərdən narahatlıq ifadə edib. “Mən Avropa Şurasına üzv olan ölkədə silahlı qrupun polis binasını həftələrdir ələ keçirməsi ətrafında baş verənlərdən ciddi narahatam. Qanunların hökmran olduğu ölkədə bütün məsələlər demokratik normalar çərçivəsində siyasi dialoqla həll olunur. Bununla əlaqədar olaraq bu təhlükəli situasiyaya son qoymağa, demokratik normalar çərçivəsinə qayıtmağa çağırıram”-Baş katib deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar