"MƏQSƏDİMİZ ƏRDOĞANI SAĞ ƏLƏ KEÇİRMƏK İDİ" -  "PAŞA" etiraf etdi

Sui-qəsdin rəhbəri olduğu bildirilən Zəkəriyyə Quzu istintaqa hər şeyi etiraf edib.

"AzPolitika" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd edən və prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd qrupunun liderlərindən "Paşa" ləqəbli Zəkəriyyə Quzu günahını etiraf edib.

Zəkəriyyə Quzu: "İllərdir FETÖ üçün fəaliyyət göstərirəm. Prezident Ərdoğanın hotelinə basqına getmədən əvvəl, helikopter başında "vəzifənin" nə olduğunu bilirdik, asan bir əməliyyat olacağını düşünürdük, ancaq işlər gözlədiyimiz kimi getmədi".

Zəkəriyyə Quzu daha sonra prezident Ərdoğana qarşı sui-qəsddən də danışıb: "Əsas məqsədimiz ölkə prezidenti Ərdoğanı "sağ olaraq ələ keçirmək" idi. Qarşıdurma ehtimalında isə hər şeyi gözə aldıq", deyə sui-qəsd qrupunun rəhbəri ifədəsində bildirib.

Xatırladaq ki, Zəkəriyyə Quzunun "çiğli"dəki hava bazasının "İmamı" olduğu, özündən yüksək rütbəlilərə belə əmr verdiyi iddia edilmişdi.

 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar