General oldu, sabahısı həbs edildi - İLGİNC

Türkiyədə dünən general-mayor rütbəsi verilən zabit bu gün işdən çıxarılaraq həbs olunub.

Modern.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ötən gün Türkiyə Ali Hərbi Şurasının qərarı ilə general-mayor rütbəsinə layiq görülən və prezident Ərdoğanın qərarı ilə nazirlikdə hərbi polis rəisinin müavini vəzifəsinə gətirilən Cemal Balıkçı bir gün sonra işdən çıxarılıb.

1 günlük general həyatı yaşayan C.Balıkçının işdən çıxarılmasına əsas səbəb onun 15 iyuldakı dövlət çevrilişinə cəhddə günahlandırılması olub.

Artıq general hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar