Belçikada terror aktı hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Belçika polisi cümə günü gecə saatlarında ölkədə yeni terror aktlarının hazırlanması işi üzrə iki qardaşı saxlayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

"Federal prokurorluğun apardığı terrorla mübarizə çərçivəsində Mons federal polisi Monsda yeddi axtarış həyata keçirib, Lyej federal polisi isə terrorizm məsələləri üzrə ixtisaslaşan müstəntiqin tələbi əsasında Lyejdə axtarış edib", - Belçika federal prokurorluğunun kommünikesində bildirilir.

Qeyd edilir ki, iki nəfər - Nurəddin X. və onun qardaşı Amze X. sorğulanmaq üçün saxlanılıb. "İbtidai istintaqın məlumatlarına görə, Belçikada terror hücumları üçün yeni planlar olub", - deyə dövlət ittihamçıları bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar