Ronaldu 1,5 milyon dollara avtomobil alıb - Qələbəni belə qeyd edib...

Portuqaliyanın futbol üzrə yığma komandasının Avro-2016 qitə çempionatındakı tarixi qələbəsindən sonra, Kriştianu Ronaldu bu qələbəni geniş qeyd etmək qərarına gəlib və özünə 1,5 milyon dollara «Bugatti Veyron» avtomobili alıb.

Xarici KİV-in yazdığına görə, futbolçunun qarajında artıq bir neçə bahalı avtomobil dayanır - Ferrari F430, Phantom Rolls-Royce, Lamborghini Aventador, Maserati Gran Cabrioi, Bentley Continental GTC.

Komandasının əfsanəvi qələbəsi şərəfinə Ronqaldu, gerçəkdən böyük məbləğ xərcləmək xəyalına düşüb və digər avtomobil markalarını geridə qoyan sonuncunu alıb.

Sağlığına qismət olsun! Alın təri ilə qazanıb. Bir qədər də həsəd aparılası həyat tərzidir. Bu yerdə, istər-istəməz Azərbaycanın qələm əhlinin sosial durumu barədə düşünməli olursan...

Görəsən, nə vaxtsa Azərbaycan jurnalisti də peşə bayramını və ya musabiqələrdəki qələbəsini beləcə qeyd etmək məqamına yetişə biləcəkmi?

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar