Qənirə Ataşova Pensilvaniya səfərindən yazdı

"Güləndən ''Nəyə görə ABŞ səni qoruyur'' soruşmuşdum"'

ANS televiziyaının ABŞ-dakı xüsusi müxbiri Qənirə Ataşova təmsil etdiyi telekanalı lisenziyasının məhkəmə qərarlyla ləğv olunması, bu hadisəyə görə adının hallanması, eləcə də Fətullah Gülənin keçirdiyi mətbua konfransına qatılmaı barədə fikirlərini təfərrüatlı şəkildə sosial şəbəkədəki səhifəsində paylaşıb. Q.Ataşovanın statusunu dərc edirik:

ANS-in lisenziyası ilə bağlı məhkəmənin getdiyini bildiyim üçün həmin gecə Amerikada mənim üçün gündüz oldu. Həmən o ağrılı və ağır xəbəri içdən sarsılaraq aldım. Azərbaycanın müstəqillik tarixinin şərəfli səhiflərindən olan ANS-in lisenziyasının məhkəmə qərarı ilə ləğv edilməsini ağrı ilə yaşayıram. Düşünürəm, yuxarı instansiya məhkəməsində ədalət bərpa olunacaq. Amma məsələdə aldığım müsahibənin adı da hallandığı üçün həqiqəti məndən də eşitməyinizin faydası olar.

15 iyul günü – Türkiyədə o dəhşətli anlar yaşananda, mən oğlanlarımla bərabər Nyu Yorkda “Azadlıq Heykəli”ndən ətrafa baxırdım. “Türkiyədə çevrilişə cəhd edilib” sözünü eşidən kimi, sahilə çıxmağa can atdım. İnternet zəif olduğu üçün sosial media üzərindən çətinliklə də olsa hadisələri izləyir, telefon üzərindən dostlara və tanışlara zəng edərək, durumu öyrənməyə çalışırdım. Jurnalist fəaliyyətimlə bağlı olaraq Türkiyə Cumhuriyyəti Prezidentinin köməkçiləri ilə də əlaqəm var idi. İlk mesajımı onlardan birinə yazdım.“Darbe yox, demokratiyanın tərəfdarıyıq. Türkiyənin yanındayıq” mesajını yazdım. Hər şey yaxşı olacaq cavabını aldım! Daha sonra “Twitter” üzərindən çevrilişə qarşı olduğumu bildirən mesaj paylaşdım. Həmin gecə “Twitter”də ardıcıl paylaşdıqlarım da çevrilişin əleyhinə olduğumu ortaya qoyur. Hər kəs bilir ki, “Twitter”ə sonradan nəsə əlavə etmək mümkünsüzdü. “Twitter” səhifəmdə Türk hakimyyətinin üzvləri olduğu üçün məhz onların paylaşdıqlarını da mən paylaşırdım.

Bunun ardınca Taymz meydanına doğuru irəllədim. Məntiqim Türk xalqının nümayəndələrinin orada toplaşacağını deyirdi. Yolda türklərlə rastlaşdıq. Tanımadığımız insanlara yalnız «Al qırmızı» bayrağın demokratiya üçün dalğalanmasına dəstək olaraq qouşulub meydana doğru irəlilədik. Qəribədir ki, ora gələn də ilk biz olduq. Ətrafımıza sonradan türklər və Türkiyəni sevən digər millətlərin nümayəndələri toplaşdı. “Haqq incələr, amma üzülməz” deyimi burada da qüvvəsində qaldı. Türkiyənin rəsmi “Anadolu” Ajansının Nyu Yorkdan paylaşdığı şəkillərdə də ön sırada mənim övladlarım dayanıb. Boyunlarında al qırmızı Türk və üç rəngli Azərbaycan bayrağı ilə.

Aşağıdakı linkdən Siz həm o görüntülərə, həm də mənim fotoaparatımın yaddaşına düşən video və fotolara baxa bilərsiz.

Nyu-Yorkdan çıxıb, maşını paytaxt Vaşinqtona doğru sürdüm. Səhər açılar-açılmaz Vaşinqtondakı Türk icmasından və həmişə bir yerdə işlədiyimiz türk jurnalistlərindən bu xəbəri aldım. Hamı Pensilvaniyaya gedir – Fətulla Gülənin evi qarşısında etiraz aksiyası, daha sonra isə mətbuat konfransı var. Mən də təcili şirkətlə əlaqə saxlayıb, getmək üçün icazə istədim. Getmək niyyətimi onunla əsaslandırdım ki, bütün suallara cavab verəcək adam odur. Əgər Türkiyə hökuməti çevrilişin arxasında onun durduğunu deyirsə, deməli, o, suallara cavab verməli və nə üçün ölkədə qardaş qanı axıdılmasına şərait yaratdığını açıqlamalı idi. Bu müsahibəni almaq tək mənim yox, ora gedən bütün jurnalist qrupunun hədəfi idi. Türkiyənin Vaşinqtondakı səfirliyinin və Türk İcmasının dəstəyi ilə baş tutan bu etiraz aksiyasını işıqlandırmaq da jurnalist olaraq borcum idi. Yolda olarkən ANS-in "Xəbərçi" proqramına bağlandım və nə üçün getdiyimizi orda danışdım. Aşagıda o videonu da yerləşdirmişəm.

Pensilvaniyaya çatanda ətraf polislə dolu idi. Təhlükəsizlik üst səviyyədə qorunurdu. Hətta əraziyə havadan polis nəzarəti var idi. Mən ora çatanda bir türk qadını ilə amerikalı polis arasında konfilikt yaşanırdı. Amerika polisi əlini silahının üzərində hazır saxlayaraq, qadına yaxınlaşmamağı məsləhət görürdü. Qadının acısını başa düşdüyüm üçün və amerika polisinin də davranışını bildiyimdən onu kənarlaşdırmağa çalışdım.

Ərazidə çoxlu xarici jurnalistlər də toplanmışdı. Bakı vaxtı ilə saat 21-də efirdə olmalı idim. Lakin telefonlar çalışmaz oldu. Yanımda olan CNN müxbirindən canlı efirə qoşulmaq üçün internet istədim. Onun “skype” adresi vasitəsi ilə ANS-ə bağlanmağa çalışsaq da alınmadı. Daha sonra Türk diasporasının üzvləri ətrafda çoxaldılar. Onlara dəstək olduğmuz üçün minnətdarlıqlarını bildirdilər. Burada çalışdığım müddətdə Türkiyə-Azərbaycan diasporası ilə yaxından işlədiyim üçün hər kəsi məni yaxşı tanıyır. Etiraz akisyasını lentə aldıqdan sonra əvvəlcədən gözlənildiyi kimi mətbuat konfransına sıra gəldi. Anadolu Agentliyindən olan Bilal Kensari hətta belə bir təklif etdi ki, “gəlin toplum halında gedək, o halda istədiyimiz nəticəni ala bilərik”.

Amma içəridən belə bir xəbər gəldi ki, bundan əvvəlki mətbuat konfransı yeni bitdiyi üçün F. Gülən yorulub və özünü pis hiss edir. Arıtq etiraz aksiyası bitmək üzrə idi. Növbəti mətbuat konrfansı üçün xəbər çıxanda isə təxminən içəriyə 15 jurnalist girdi. Bu mətbuat konransında türk jurnalistləri də iştirak edib. “Amerikanın səsi”nin Türkiyə bürosundan Mehmet Toğrul və “İhlas” xəbər agenliyinin əməkdaşı olmuş Tezcan Taşkıran. Onlar da Fətulla Güləndən aldıqları müsahibəni həm öz səhifələrində, həm də Türkiyə mediyasında yayımladılar.

İstəiyrəm, nəyə görə divanda oturmuşam sulanıa aydınlıq gətirm. Fətulla Gülənin müsahibə verdiyi otaqda şərait elə qurulub ki, insanlar onun qarşısında diz çöküb, mikrofon tutmalı olurlar. Yayılan görüntülərdən də aydın görünür ki, hər kəs diz üstündə oturub sual verir. Mən sadəcə orda elə oturmaq istəmədim. O üzdən ətrafdakı iki oturacaqdan birinə mən, digərinə isə fransız jurnalist oturdu. Qalnları isə yerdə oturmalı oldular. Sualım isə ortadadır.  Güləndən "Nəyə görə Amerika Birləşmiş Ştatları səni qoruyur" soruşmuşdum.

Mətbuat konfransından sonra F. Gülənin açıqlamalarında daha çox özünü müdafiə elementi olduğunu gördüyüm üçün bunu mərkəzi ofisə bildirdim. Azərbaycan mediyasında və sosial mediyada paylaşılan video isə “Şpiqel “və BBC-dən götürülən kadrlardı. TV və bu səhənin profesionalları dəqiq bilir ki, ANS kamerasından yayımlanan kadrda müxbir respondentlə eyni anda görüntüdə olmazdı. Bu TV qaydalarına ziddidir.

Müsahibəni şirkətə göndərəndə artıq səhərə yaxın idi. Amerikada isə gecə. Növbəti səhər açılan kimi şirkətlə əlaqə saxladım və müsahibə ilə maraqlandım. Şirkətən mənə verilən cavabı belə oldu. “Qənirə, o müsahibənin efirə getməsinə lüzum görmürük”. Bundan təxminən 6 saatdan sonra ANS-in yayımının dayandırıldığı xəbərini eşitdim. Və daha sonra yalan-yalnış məlumatlar gəlməyə başladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyə-Azərbaycan münasibətlərindəki roluna görə böyük hörmətimin olduğunu zaman-zaman reportajlarımda göstərmişəm. Şəxsən Türkiyə Prezidenti ilə 6 dəfə özəl müsahibə alan bir jurnalist kimi, deyə bilərəm ki, onun da məni kifayət qədər tanıdığına əminəm. Amerikadakı Türk diasporası bu hadisədən sonra yuxarıda saxaladığım video və foto məlumatları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana köməkçiləri vasitəsi ilə çatdıriblar. Türkiyə-Amerika cəmiyyətinin başında duran İbrahim Ünal vasitəsi ilə onu da öyrəndim ki, Amerikadakı Türk səfirliyi ölkənin Xarici İşlər Nazirliyinə məlumat göndərərək, ANS-in Vaşinqtondakı fəaliyyətini yalnız Azərbaycan-Türkiyə maraqları üçün olduğunu çatdırıb. Amerikadakı türk diasporası və burda işlədiyimiz türklər bu hadisələrdə ANS-in adının bu cür hallanmasından təssüf hissi keçirirlər. Melumat ucun onu da deyim ki Istanbuldaki sonuncu terror hadisesinden sona Amerikanin vitse- prezidenti Co Baydenden terroru pisləyen musahibeni ANS adina men almisdim. Buna gore Turkiyenin Amerikadaki sefiri sexsen mene Turk xalqı adindan təşəkkür etmişdi. Bu təşəkkür Azərbaycan diplomatlarinin yaninda edilib.

Mən jurnalist olaraq xəbəri birinci mənbədən almaq üçün çalışdım. Bu sahənin mütəxəsisləri də bunu təstiqləyə bilər. Müxbirin ilk işi xəbəri birinci mənbədən almaq olmalıdır. Təəssüf ki, ölkəmizdə F.Gülən terrorçu kimi tanınmırdı. Əgər 10 ildən artıq Türkiyə Böyük Millət Məclisinə başqanlıq etmiş Bülent Arınc onun terrorçu olduğunu indi öyrənibsə, biz onun terrorçu olduğunu hardan bilə bilərdik? Biz musahibə almalıyıq. Onun efire getməsini redaktor müəyyən edir. Xatırladım ki, men hətta terrorcularin oldugu Suriyada iki defe olmusam. O sərhəddi butun dunya jurnalistləri kimi qacaq kecmişəm.

ANS Azərbaycan tarixinin qızıl qələmlə yazılan bir səhifəsidir. Çingizin qanı ilə yoğrulan vətən torpağından böyüyüb- boy atan ANS-də yalnız Vətən üçün işləməyi öyrəndik. ANS-də aparılan menijer siyasəti ola bilsin ki, kimlərisə incik salıb. Amma hər birimizi ANS işığı ətrafında fırlanmağa vadar edən orda olan VƏTƏNPƏRVƏRLİK-dir. Bu yaşananlar ANS qarsi haqsizliqdir. İnanıram ki, ANS yenə də Azərbaycanın efir məkanında parlayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar