4-ü uşaq olmaqla bir ailənin 7 üzvü qətlə yetirilib - Meksikada 

Ailə üzvlərindən yalnız biri – 2 yaşlı uşaq qaçaraq canını qurtara bilib

"Report"un məlumatına görə, hadisə ölkənin qərbindəki Herrero ştatının Tepekoakuilko-de-Truxano rayonunda baş verib.

Hakimiyyət orqanlarının verdiyi məlumata görə, cinayətkar odlu silahdan atəş açmaqla 4-ü uşaq olmaqla 7 nəfəri öldürüb.

Ailə üzvlərindən yalnız biri – 2 yaşlı uşaq qaçaraq canını qurtara bilib. Buna görə də qatil onu tapa bilməyib.

Hüquq-mühafizə orqanları hələlik hadisənin hansı zəmində baş verdiyini müəyyənləşdirə bilməyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar