Prezident Ərdoğanın yavəri ordudan - İxrac edilib

BASBAKAN ERDOGAN TBMM GRUP TOPLANTISINDA KONUSTUFETO terror təşkilatına üzv olmaqda şübhəli sayılan daha 1389 hərbçi Türkiyə ordusundan uzaqlaşdırılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bununla bağlı qərar bu gün “Resmi qazete”də dərc edilib.

Ordudan uzaqlaşdırılanların mütləq əksəriyyəti – 1196 nəfəri Jandarma Qüvvələrinin mənsublarıdır. Konya, Kastamonu bölgə komandanları da daxil olmaqla, 18 jandarma generalı ordudan uzaqlaşdırılıb. Ordudan ixrac edilənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yavəri (hərbi müşaviri) Ali Yazıçı və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı rəisi Hulusi Akarın yavəri Levent Türkkan da var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar