Rusiya helikopteri vurulub, 5 nəfər ölüb - FOTO - YENİLƏNİB
Baxiş sayı:
Dərc olunub:
01/08/2016 - 14:59
Rusiyanın Suriyada vurulmuş "Mi-8" helikopterinin göyərtəsində olan 5 nəfərin hamısı həlak olub.
"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Helikopter humanitar missiya həyata keçirirdi. Müdafiə Nazirliyindən aldığımız xəbərə görə, göyərtədə olanların hamısı həlak olub", - deyə D.Peskov bildirib.
O, İŞİD-in təhdidlərinə baxmayaraq, Rusiyanın terrorizmə qarşı mübarizəni davam etdirəcəyini də əlavə edib.
* * *
Suriyada Rusiyaya məxsus helikopter muxaliflər tərəfindən vurulub.
Axar.az xəbər verir ki, bu xəbəri Yeni Akit yayıb.
İddiaya görə, hərbi helikopter İdlibdə vurulub. Nəticədə helikopterdəki dörd əsgər ölüb.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.