“Rusiya heç vaxt Krımı itirməklə barışmayıb” - Söyün Sadıqov

“Krıma ukraynalılar heç vaxt əhəmiyyət verməyib. Bu günə qədər Krımı Rusiya maliyələşdirir”

“Rusiya nə Luqanska, nə də Donetskə iddia etmir”. Bunu Rusiya Prezidenti yanında Millətlərarası Əlaqələr şöbəsinin üzvü və Vladimir Putinin şəxsi nümayəndəsi Söyün Sadıqov AzPolitika.info-ya eksklüziv açıqlamasında Rusiyanın Luqansk və Donetskdə referendum keçirərək onu da RF-yə birləşdirəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rusiya heç vaxt Luqansk və Donetski özünə birləşdirməyəcək:

“Rusiya heç vaxt Krımı itirməklə barışmayıb. Çünki türklərlə müharibədən sonra Krım ruslara məxsus idi və orada demək olar ki, həmişə ruslar və krım türkləri olub. 1954-cü ildə Sovet hakimiyyəti dövründə Xruşov Krimi Ukraynaya bağışladı və Sovetlər dağıldıqdan sonra da, 1992-ci ildə Krımda ruslar çoxluq təşkil edirdi. Həm də Krıma ukraynalılar heç vaxt əhəmiyyət verməyib. Bu günə qədər Krımı Rusiya maliyyələşdirir. Ukraynalılar həmişə mənəvi-psixoloji cəhətdən Krımı Rusiyaya qaytarmağa hazır olublar."

S.Sadıqov deyir ki, Rusiyanın Ukraynanın digər torpaqlarında gözü yoxdur. Belə bir işğalı dünya ictimaiyyəti qarşısında Rusiya əsaslandıra bilməz.

"Bu gün Luqanskın, Donetskin, Xarkovun və ümumilikdə bütün cənub-şərqi Ukraynanın birləşdirilməsi RF-yə sərf etmir. Çünki Rusiya bilir ki, belə edərsə, dünya ictimaiyyəti qarşısında özünü müdafiə edə bilməyəcək. Ancaq Krım həmişə avtonom respublika olub."

Ülkər Musazadə

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar