“NİKAHDAN DƏRHAL SONRA PUTİNLƏ TANIŞLIQ İSTƏDİ...” – “Paralel dövlət” necə ifşa olundu? – Bir “siyasi nikahın” astar üzü
Rəbiyyət Aslanova ilə İlham Rəhimovun şübhəli evliliyi haqda bütün gerçəklər!
Əməlləri və hədəfləri il yarım əvvəl ifşa olunan Elnur Aslanovun başçılıq etdiyi “Gülənçi” şəbəkəyə niyə indiyədək toxunulmayıb?
Artıq bir-neçə aydir ki, həm qardaş Türkiyədə, həm də Azərbaycanda ictimai-siyasi dairələrin, eləcə də ciddi mətbuatın gündəmindəki əsas müzakirə mövzularından birini, hətta birincisini Fətullah Gülənin «Hizmət» hərakatı adlanan təşkilatın dövlətlər içində şəbəkələşməsi, onların gizli və «qara» niyyətləri ilə bağlı ortaya çıxan məlumatlar təşkil edir. Bu məlumatlar «Gülən camaatı»nın artıq coxdan dini bir icma olmaqdan çıxdığını, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın sözləri ilə desək, «siyasi örgütə» çevrildiyini söyləməyə əsas verir.
“Hizmət” hərakatının hədəfi MİLLİ HÖKUMƏTLƏRİ ələ keçirməkdir!
Bu baxımdan Azərbaycanda da uzun illərdir təşkilatlanan, şəbəkələşən «Hizmət» hərakatının əsas hədəfinin məhz HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK olduğuna dair son dövrlər meydana çıxan şübhələr, məlumatlar təəccüblü sayılmamalıdır. Bu, zatən onların əsas HƏDƏFİDİR!
Azərbaycanda “Hizmət” hərakatının necə və hansı yollarla güclənməsi, böyük miqyasda şəbəkə qura bilməsi ilə bağlı təxminən bir ay əvvəl saytımızda “RƏSMİ BAKINI TƏHDİD EDƏN GÖZƏGÖRÜNMƏZ GÜC” başlıqlı geniş təhlillə çıxış etmişik. Ona görə də təkrarlamaq niyyətində deyilk.
Ancaq qeyd edək ki, ötən bir ayda ortaya çıxan məlumatlar göstərdi ki, «Hizmət» hərakatı adlanan bu “GÖZƏGÖRÜNMƏZ GÜCÜN” Azərbaycanda öz adamlarını hansı vəzifələrə yerləşdirməsi, haraları təsir dairələrinə aldığı və ən əsası, MƏQSƏDLƏRİNİN nə olduğu barədə ölkənın xüsusi xidmət orqanları kifayət qədər geniş bilgilərə malikdir. Hansı ki, bu bilgilərin bəziləri zaman-zaman ictimaiyyətə çatdırılır...
Elnur Aslanovun başçılıq etdiyi “gülənçi” şəbəkə barədə məlumatlar hardan qaynaqlanır?
Bu məlumatların Türkiyədə "Gülən camaatı" ilə Ərdoğan hökuməti arasında açıq “savaşın” başladığı son bir-neçə ayda əldə edilməsi mümkünsüz görünür. Azərbaycandakı «Gülənçilərin» adlarının və onların hakimiyyətin gələcəyinə dair planlarının bəzilərinin iddia edildiyi kimi, Türkiyə rəbərliyi və ya xüsusi xidmət orqanları tərəfindən Bakıya ötürüldüyü də inandırıcı deyil.
Ən azı ona görə ki, əvvəla, uzun müddət keçməsinə baxmayaraq Türkiyə hökuməti hələ də öz daxilində kimlərin «Hizmət» hərakatına xidmət etdiyini tam olaraq aşkarlaya bilməyib.
İkincisi, «Hizmət» hərakatının əsas özəlliklərindən biri gizliliyin çox ciddi şəkildə qorunmasıdır. Elə bu gizliliyi təmin etmək üçün “Hizmət” hərəkatının üzvlərinə istənilən addımı atmaq, yerli hakimiyyətlərin yanında yer almaq, hətta lazım gəlsə Fətullah Gülən əleyhinə danışmağa, bu topluma məxsus bütün dəyərlərdən imtina etməyə icazə verilir. Təşkilatdan kimsə ifşa olunarsa, “Hizmət” hərəkatının cidi ziyan görməməsi üçün Pensilvaniyaya bağlı çoxlu sayda şəbəkələr qurulur və onların biri digərindən xəbərsiz olur.
Bu baxımdan «Hizmət»in şərti olaraq Elnur Aslanovun rəhbərliyi altında qurulan şəbəkəsi və onların hədəfləri barədə məlumatların Azərbaycan xüsusu xidmət orqanları, daha dəqiqi Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən Türkiyədə «Gülən -Ərdoğan savaşı» başlamazdan öncə əldə edildiyi daha inandırıcı görünür. Elə mötəbər mənbələrdən «AzPolitika.info»nun əldə etdiyi məlumatlar da bunu təsdiqləyir.
Rəbiyyət Aslanova ilə İlham Rəhimov arasındakı nigah siyasi rəhbərliyin diqqətini çəkib
Söhbət xüsusi xidmət orqanlarının «Hizmət» hərakatının Azərbaycanla bağlı planları haqda məlumatları neçə əldə
Ancaq mötəbər mənbədən «AzPolitika.info»ya verilən məlumatlar şəbəkənin neçə İFŞA olunduğu barədə tam təsəvvür yaratmağa imkan verir.
Beləliklə, bizə verilən bilgilərə görə, hər şey Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova ilə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dostu kimi tanınan iş adamı İlham Rəhimovun cəmiyyətdə dərin təəcüblə qarşılanan nigahından sonra başlayıb.
Xatırladaq ki, sözügedən izdivac 2012-ci ilin iyun ayının əvvəlində rasmiləşdirilmişdi. Mənbənin sözlərinə görə, həmin vaxt yaşları 60-ı ötmüş və cəmiyyətdə kifayət qədər tanınmış bu iki şəxsin evlənməyə qərar verməsi hökumət üçün gözlənilməz olub və şübhələrə yol açıb. Mətbuatda xəbər yayılana qədər, kimsə Rəbiyyət Aslanova ilə İlham Rəhimovun münasibətlərindən xəbərdar olmayıb.
Hakim komandada, eləcə də Rəbiyyət Aslanovanın təmsil olunduğu Milli Məclisdə belə hər kəs bu evlilikdən mətbuatdan xəbər tutub.
Normal evliliyə oxşamadığından, qeyd etdiyimiz kimi, hökumətdə müəyyən şübhələr baş qaldırır və bu izdivacın pərdəarxasının öyrənilməsi üçün Mili Təhlükəsizlik Nazirliyinin qarşısında tapşırıq qoyulur. Təbii ki, siyasi hakimiyyət bu evliliyi təsadüfi hesab etməzdi. Rusiya kimi Azərbaycanda ciddi maraqları olan bir ölkənin prezidentinin yaxın dostu ilə ölkənin siyasi elitasında təmsil olunan bir xanımın bütün qınaqları göz önünə alaraq, ahıl yaşlarında nigah masasına oturmaları sıradan bir evlilik kimi qəbul oluna bilməzdı. Həm də KRİTİK kecəcəyi əvvəlcədən məlum olan PREZİDENT seçkilərinə 1 il qalmış...
Aslanova və Rəhimovun ətrafında əməliyyat tədbirləri nələri ortaya çıxarıb?
Mənbənin iddiasına görə, araşdırmalardan sonra bu evliliyin məhz Rəbiyyət Aslanovanın təşəbbüsü ilə baş tutduğu müəyyənləşır. Belə ki, tərəflər arasında sonradan evliliyə qədər gedib çixan ünsiyyətin 2012-ci ilin əvvələrində yarandığı məlum olur. Həmin vaxtlar İlham Rəhimov Moskvada çap olunmuş “Cinayətkarlıq və cəza” kitabının təqdimat mərasiminin təşkili ilə əlaqədar (24 fevral 2012-ci ildə keçirilir-müəl.) tez-tez Bakı Dövlət Universitetində olurmuş. Araşdımalar zamanı ortaya çıxıb ki, məhz həmin dövrdə Rəbiyyət Aslanova ilə İlham Rəhimovun ortaq tanışları olan bir xanım (BDU-da müəllimə olan həmin xanımın adı bizə məlumdur-müəl.) onlar arasında münasibətlərin qurulmasında fəal rol oynayıb. Təbii ki, bunu öz təşəbbüsü ilə etmir (Xatırladaq ki, Rəbiyyət xanım da BDU da kafedra müdiridir).
Münasibətləri daha da yaxınlaşdırmaq üçün Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təşəbbüsü ilə deputat xanım da daxil olmaqla, 4-5 qadın bir-neçə dəfə İlham Rəhimova məxsus “Aristokrat” restoranında qonaq olur. Hətta deyilənə görə, belə ziyafətlərdən birindən sonra hörmətli İlham müəllim xanımları “Aristokrat” restoranının üstündəki evinə dəvət edərək, bahalı rəsm əsərlərini onlara nümayiş etdirir, özünü aristokratiyanın təmsilçisi kimi göstərməyə çalışır...
Beləliklə, bir neçə aylıq “tanışlıqdan” sonra İlham Rəhimov məhz Rəbiyyət Aslanovanın yaxın rəfiqəsi olan həmin müəllimənin təhriki ilə xanım deputata onunla evlənməyi təklif edir. Və təbii ki, razılıq alır...
Rəbiyyət Aslanova Rəhimovun vasitəsilə oğluna Moskvanın dəstəyini əldə etmək istəyib!
Hansı ki, Rəbiyyət Aslanova da məhz oğlu Elnur Aslanovun gələcək siyasi karyerası üçün bütün qınaqları göz önünə alaraq İlham Rəhimovla nigaha girməyə razılaşıb. Daha dəqiqi, Elnur Aslanovun planlaşdırılan siyasi sıçrayışının qarşısında əsas maneə kimi görünən Moskva faktorunu neytrallaşdırmaq məqsədilə Rusiya siyasi elitası ilə yaxınlığı olan cənab Rəhimovla evlənib. Obrazlı desək, İlham Rəhimovu oğlu üçün Kremlin qapılarını açan bir açar kimi əldə etmək istəyirdi...
Təbii ki, İlham Rəhimov bütün bunlardan xəbərsiz olub. Baxmayaraq ki, heç kim bu evliliyin səmimiliyinə inanmırdı, ancaq özündən razı insan olan Rəhimov Aslanovanın əsl niyyətini görməkdə acız idi. Hətta bəzi iddialara görə, hansı oyunun iştirakçısına çevrildiyindən xəbərsiz olan İlham Rəhimov, sadəlövhcəsinə Rəbiyyət Aslanova ilə evliliyin sayəsində hakim siyasi elitaya daxil olacağı haqda gözləntilərə qapılıbmış. Ancaq atalar yaxşı deyib ki, sən saydığını say, gör Rəbiyyət xanım nə sayır...
Deputat xanım Putinlə ailəvi görüş arzusunda olub!
İkinci və ən əsas istiqamət isə İlham Rəhimovun Rusiyadakı imkanlarından yararlanmaq olub. Belə ki, evləndikdən az sonra xanım Aslanova İlham Rəhimovdan israrla xahiş edir ki, onu və oğlunu Putinlə tanış etsin. Bizə verilən məlumata görə, ümumu tədbirlərin birində cənab Rəhimov yeni həyat yoldaşını ayaqüstü Putinə təqdim edib. Ancaq xanım Aslanova belə ayaqüstü təqdimatdan razı qalmayıb, çünki daha yaxın tanışlıq üçün "ailəvi bir görüş" arzusunda idi. Lakin evli ilduqları qısa müdətdə - 6 ayda Rəhimov Rəbiyyət xanımın bu istəyini reallaşdıra bilməyib, ya da istəməyib.
MTN faktları “yuxarı” təqdim edir, Aslanovadan evliliyini bitirmək tələb olunur
Yeri gəlmişkən, bu gün mətbuatda dərc olunan Elnur Aslnov və dostlarına aid elektron ünvanlardan götürülmüş məktubların, yazışmaların da məhz həmin vaxtlardakı əməliyyat tədbirləri nəticəsində əldə olunduğu ehtimal olunur. Hətta bizə verilən məlumata görə, ictimaiyyətə açıqlananlar əldə olunan materialların çüzi hissəsidir. Toplanan əsas materiallar siyasi hakimiyyətə təqdim olunub. Ancaq müəyyən səbəblərdən Elnur Aslanova sədəcə xəbərdarlıq olunmaqla, məsələ dondurulub (bu səbəblər barədə saytımızda dərc olunan «RƏSMİ BAKINI TƏHDİD EDƏN GÖZƏGÖRÜNMƏZ GÜC» başlıqlı yazıda məlumat vermişik, maraqlananlar oxuya bilər-red.).
Rəhimov formal da olsa evliliyi davam edirmək istəyir, Aslanova boşandığını elan edir
Ancaq ayrılmasını rəsmiləşdirmək və bunu gənc cütlüklər kimi “xasiyyətlərində olan fərqliliklə” bağlamaq üçün ona bir neçə ay da vaxt lazım olur. Və nəhayət 6 ay sonra - 2012-ci ilin dekabrında Aslanova bu “siyasi nigaha” son verir.
Ona görə Aslanova deyirik ki, Rəhimov 6 ay sürən bu nigahın ictimai lağ obyektinə çevriləcəyini bildiyindən, formal da olsa bu evliliyi davam edirmək istəyir. Ancaq ayrılmaq tələbi qəti olduğundan Rəbiyyət Aslanova nəinki buna razılaşır, hətta mətbuat vasitəsilə boşandığını elan edir.
6 aylıq evlilik Rəbiyyət Aslanova və oğluna baha başa gəlir
Beləliklə də, Rəbiyyət Aslanova İlham Rəhimovla evlilikdən nəinki gözlədiklərini əldə edə bilir, əksinə, ciddi “yaralar” alır. Bir tərəfdən oğlunun hakimiyyətin başı üzərindən xaricdəki bəzi dairələrlə işbirliyində olduğu ifşa olunur, digər tərəfdən də özü rəsmi Bakının yanında etibarını itirir.
Əvvəlki dövrlərdən fərqli olaraq, 2013-cü il prezident seçkilərində Rəbiyyət Aslanovanın ümumiyyətlə gözə görünməməsi də bununla bağlanılır. Necə deyərlər, “qaş düzəldən yerdə gözü də vurub çıxarır”.
Bu uğursuz izdivac, əlbəttə ki, İlham Rəhimova da təsirsiz ötüşmür. İctimai nüfuzu “yerlə bir olan” hüquq professoru, “qurban” olmasına baxmayaraq, üstəlik hakimiyyətin də qəzəbinə tuş gəlir. Ona qarşı müxtəlif istiqamətlərdən hücumlar başlanır.
Elnur Aslanovun başçılıq etdiyi “Gülənçi” şəbəkəyə niyə indiyədək toxunulmayıb?
Nə isə, hər kəsə KEÇMİŞ OLSUN deyirik!
Murad Məmmədov
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.