GÜLƏN, İLLƏR ÖNCƏ BU TARİXİ GÖSTƏRMİŞDİ - "Huruc hərakatı başlayır"

FETÖ lideri Fətullah Gülənin 1980-ci il 12 sentyabr çevrilişindən 2 ay əvvəl ifadə etdiyi bəzi fikirlər türk istintaqçıların diqqətini çəkib və iddianaməyə daxil edilib.

"AzPolitika.info"nun məlumatına görə, Gülən, sözügedən çıxışında, sanki təşkilatın yerləşməsinə zəmin hazırlayacaq olan 1980 çevrilişindən sonrakı dövrü nəzərdə tutaraq, "Huruc hərəkatı başlayır. Ancaq 35-40 il sonra tətbiq ediləcək" ifadələrini işlədib. "Var olan nüfuzu sarsıtmaq" anlamında işlədilən "Huruc" üçün Gülənin işarə etdiyi tarix isə, tam olaraq indiki dövrümüzlə üst-üstə düşür.  Gülənin bu ifadələri təşkilatın dövləti ələ keçirmə planına işarə edir və bütün seqmentlərin zərər gördüyü 1980 çevrilişindən Gülən təşkilatının güclənərək çıxdığını gün üzünə çıxarır.

"12 SENTYABRDAN ƏVVƏL HƏRƏKƏTƏ KEÇDİ"

1980-ci ilin aprel ayında İzmirdə etdiyi çıxışında Gülən deyib: "Bir neçə gün içində "Huruc Hərəkatı" başladılacaqdır. Bu hərəkat üçün hər bölgədə liderlər seçildi..." 12 sentyabr çevrilişindən 2 ay əvvəl isə bir çıxışında Gülən bunları deyib: "Huruc hərəkatı başladı. Ancaq bu hərəkat 35-40 il sonra tətbiq ediləcəkdir. Bugünkü şəraitdə bu mümkün deyil".

"TAKTİKA VƏ STRATEGİYASINI İNSANLARA İZAH ETDİ"

İddianamədə Gülənin bu sözlərinin taktika və strategiya ehtimalı edən sözlər olduğuna diqqət çəkilərək, "Pensilvaniya  təşkilatının strategiya və hədəflərini yekunlaşdıran bu ifadələr, fətvalarla "Tədbir və Kəşfiyyat", "Maarif və Şirkət" qanununa görə yetişdirilən təşkilat mənsublarının, məqsədlərinə gedən yolda düşmən olaraq gördükləri digərlərini təsirsiz edərək, dövlət içində təsirli bir vəziyyətə gəlmələri hədəfini göstərir" şəklində şərh olunub.

ELVİN

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar