Yuliya Timoşenko partizan hərəkatı yaradır

“Rusiya təcavüzünə qarşı müqavimət hərəkatının” ilk özəkləri 3 vilayətdə açılacaq

“Batkivşina” partiyasının lideri, Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko seçkiqabağı kampaniyanı dayandırıb.

ANS PRESS-in məlumatına görə, bu barədə o, bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib. Amma o, prezidentliyə namizədliyindən də geri çəkilmədiyini vurğulayıb.

“Mənim soyadım bülletenlərdə qalacaq, mən seçki kampaniyasının iştirakçısı kimi qalıram. Amma seçki kampaniyasını kənara qoymuşam və mütəxəssislərlə birlikdə bizim dövlətin müdafiəsi ilə, müqavimət hərəkatının yaradılması, Ukrayna uğrunda döyüşməyə hazır olan bütün vətəndaşların bir araya gəlməsilə məşğulam”,- deyə Timoşenko bildirib.

Keçmiş baş nazirin sözlərinə görə, Rusiya əleyhinə hərəkatın mərkəzi qərargahı artıq öz işinə başlayıb. Tezliklə “Rusiya təcavüzünə qarşı müqavimət hərəkatının” şöbələri ölkəni bürüyəcək. İlk özəklər Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində açılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar