İTV-də Cəmil Həsənliyə yeni təxribat hazırlanır?

Bu gün İctimai Televiziyanın canlı efirində prezidentliyə namizədlərin növbəti çıxışları olacaq. Çıxışlar həmişəki kimi, saat 19:00-da başlayacaq.

Verilişin efirə getməsinə təxminən 2 saat qalmış İTV-dən Milli Şuranın namizədi Cəmil Həsənliyə zəng edərək, çıxış üçün özünün, yoxsa nümayəndəsinin gələcəyini soruşublar. Eyni sualla başqa namizədlərə də müraciət olunub-olunmadığı bəlli deyil, lakin bundan qabaqkı 3 debatın heç birində Cəmil Həsənlidən bunu soruşmayıblar. Bundan başqa, çıxış üçün namizədin özü yox, nümayəndəsi gedərsə İTV-yə bu barədə qabaqcadan sənəd təqdim etməklə məlumat verilməlidir.

Bu baxımdan İTV-nin Cəmil Həsənlinin debatda şəxsən iştirak edib-etməyəcəyini dəqiqləşdirmək marağı şübhəli görünür. Belə ehtimallar var ki, İTV=də Milli Şura namizədinə qarşı hansısa yeni təxribat hazırlanır, buna görə də yayıma onun özünün gəlib-gəlməyəcəyi öyrənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar