Rusiya maliyyə nazirindən şok açıqlama

«Bu il iqtisadiyyatın artım səviyyəsi sıfıra yaxın ola bilər»

Bu il Rusiya iqtisadiyyatının artımı sıfıra yaxın ola bilər. Belə bir bəyanatla Rusiyanın maliyyə naziri Anton Siluanov çıxış edib. 2014-cü ildə çox çətin şərtlər atlında işləyəcəklərini deyən nazir qeyd edib ki, ÜDM artımı 0,5% səviyyəsində proqnozlaşdırılır.

“Güman ki, artım sıfıra yaxın olacaq”, - deyə o vurğulayıb. Siluanov neft qiymətlərinin aşağı düşə biləcəyindən və bunun Rusiya iqtisadiyyatı üçün mümkün fəsadlarından da danışıb. Nazir həmçinin kapitalın ölkə hüdudlarından kənara axması məsələsinə toxunub. O, bunun əsas səbəbi kimi geosiyasi vəziyyətin qeyri-müəyyən olmasını göstərib (APA).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar