Oyan türküm!

Nureddin-238x300

Nurəddin İSMAYIL

Başın üstə dumanlar var,

Oyan türküm, türküm oyan.

Xam xəyallar quranlar var,

Oyan türküm, türküm oyan.

Qəsdə durub şarlatanlar,

Soy kökünə şər atanlar,

Xainlər, qənşər yatanlar,

Oyan türküm, türküm oyan.

Ulusuna, soyuna bax,

Boy atdığın boyuna bax,

Düşmən quran oyuna bax,

Oyan türküm, türküm oyan.

Bayrağından ürkənlər var,

Yurduna göz dikənlər var,

Səni içdən sökənlər var,

Oyan türküm, türküm oyan.

Dörd dövrəni sarmış düşmən,

Sağın düşmən, solun düşmən,

Öz yurdunda oldun köçmən,

Oyan türküm, türküm oyan.

14 avqust 2016

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar