"Hansı hökumətin rəhbərlik etməsindən asili olmayaraq..."

“Türkiyə-Azərbaycan arasındakı yaxın və səmimi münasibət əsrlər boyu davam edəcək”

“Türkiyə və Azərbaycan dövlətlərinin silahlı qüvvələri zaman-zaman təlim məqsədli ortaq fəaliyyət göstərəcəklər və bu təbiidir”. Bunu AzPolitika.info-ya eksklüziv açıqlamasında Türkiyənin tanınmış şairi, dövlət səlahiyyətlisi Zəfər Kibar Ankara-Bakı hərbi qüvvələrinin Dağlıq Qarabağ ərazisində keçiriləcək hərbi təlimdən və Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə keçidindən danışarkən deyib.

Onun sözlərinə görə, qardaş dövlət arasındakı tarixi dərinliklərdən gələn isti münasibətlərin davamlı olması çox önəmlidir:

“Hesab edirəm ki, hansı hökumətin rəhbərlik etməsindən asili olmayaraq, Türkiyə-Azərbaycan arasındakı yaxın və səmimi münasibət əsrlər boyu davam edəcək. Türkiyənin Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Türkmənistana, Özbəkistana istiqamətli qardaşlıq duyğuları sarsılmaz və dərin bağlarla bir-birinə bağlıdır. Keçmişdən gələn sıx münasibətlərimiz və gələcəyə istiqamətli addımlarımızda da biz bərabər yürüməliyik. Bir daha təkrar edirəm ki, bu münasibətlər hər hansısa bir partiyanın proqramı ilə, ideologiyası ilə bağlı deyil. Bu eyni torpaqların övladı olan insanların bir-biriləri ilə qurduqları təbii və isti münasibətdir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar