Cəmil Həsənli İlham Əliyevdən 64 faiz artıq səs topladı

Dərc olunub: 24/09/2013 - 18:09

22«Azadlıq radiosu»nun keçirdiyi sorğuda Cəmil Həsənli 75.5, İlham Əliyev isə 11.6 faiz səs alıb

Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin uğurlu teleçıxışlarının toplumda böyük rəğbətlə qarşılanması, həftə sonu keçirilən izdihamlı mitinq cəmiyyətdə demokratik qüvvələrin ciddi dəstəkləndiyini göstərir. Seçkilərdə Milli Şuranın uğur əldə edə biləcəyini keçirilən bir sıra sorğular da sübut edir. «Azadlıq radiosu»nun sentyabrın 15-dən «prezident seçkisində kimə səs verəcəksən?» sualı ilə keçirilən sorğu da bu qəbildəndir. Ötən müddət ərzində sorğuda iki minə yaxın adam səs verib və səsvermə hələ də davam etməkdədir. Səsvermənin nəticələri isə bu cürdür. Namizədlərin respondentlərdən aldıqdaları səslərin fazi isə bu cürdür: – Cəmil Həsənli 75.5, İlham Əliyev 11.6, İqbal Ağazadə 1.4, Araz Əlizadə 0.8, Sərdar Cəlaloğlu 0.7, İlyas İsmayılov, Qüdrət Həsənquliyev və Hafiz Hacıyev 0.5, Zahid Oruc 0.4, Fərəc Quliyev 0.3 faiz. Heç bir namizədə səs verməyəcəyini deyənlərin isə faiz göstəricisi 7.9-dur.






loading...


Fikrinizi bildirin