Ukraynanın 8 şəhəri separatçıların əlinə keçdi

Ukraynada antiterror əməliyyatları başlasa da, separatçılar tərəfindən işğal olunan rayonlar azad edilməyib. Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, separatçılar və Rusiya diversantları Donetsk vilayətinin bir neçə şəhərini hələ də öz əlində saxlayır. Qorlovkada silahlı şəxslər polis şobəsini nəzarətdə saxlayır.

Jdanovskda şəhər sovetinin binası üzərində hələ də "Donetsk Respublikası"nın bayrağı dalğalanır. Separatçılar bildirib ki, şəhər hakimiyyəti onların tərəfindədir.

Bundan başqa Makaevka şəhər soveti, Mariupol meriyası, Kramatorsk şəhər soveti, Xartszk icraiyyə komitəsi hələ də separatçıların nəzarəti altındadır.

Yenakievoda isə separatçılar polis və şəhər sovetinə nəzarəti ələ keçirib.

Slavyanskda polis, eləcə də təhlükəsizlik xidmətinin yerli şöbəsi separatçıların nəzarətindədir və onlar burada 7 post qurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar