“Polisin icra başçılarını qoruması qanunsuzdur”- DİN

“Post Patrul Xidmətinin əməkdaşlarının şəxsi evlərin, obyektlərin və hər hansı yerlərin mühafizəsində iştirak etməsi qanunsuzdur”. Bu sözləri “Axar.az”a açıqlamasında Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşı Əsgər Əliyev şəxsi mülklərin və obyektlərin qorunması ilə bağlı sualları cavablandırarkən dedi.

O, bildirdi ki, obyektlərin mühafizəsi işini Baş Mühafizə İdarəsindən başqa heç kim görə bilməz və Post Patrul Xidmətinin bu cür fəaliyyəti qanunsuzdur: “Obyektinin mühafizə olunmasını istəyən şəxs Baş Mühafizə İdarəsi ilə müqavilə bağlayır. Daha sonra obyektin yerləşdiyi ərazidəki mühafizə idarəsinə göstəriş verilir və müvafiq qaydada həmin obyekt qorunur. Ancaq heç bir halda Post Potrul Xidməti mühafizə işini təşkil edə və mülkləri qoruya bilməz”.

“Bəs istənilən şəxs yaşadığı evin və ya obyektin mühafizəsi üçün müqavilə bağlaya bilərmi?” sualına idarənin əməkdaşı bu cür cavab verdi:

- Əlbəttə ki, hər kəs bu cür müraciət edə, yaşadığı mülkün və şəxsi obyektinin qorunmasını təmin edə bilər. Bura həm dövlət işçisi olan, həm də sıravi vətəndaşlar aid edilir. Müqavilə bağlanılan istənilən şəxsə aid olan mülk əməkdaşlarımız tərəfindən qorunur.

Xatırladaq ki, Ağcabədi rayon icra başçısının şəxsi evinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən qorunması ilə bağlı məlumat vermişdik. Xəbərdə bu qanunsuzluğun bəzi icra başçıları üçün xarakterik olduğu da bildirilirdi...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar