BAKIDA BƏLƏDİYYƏ SƏDRİ İŞDƏN ÇIXARILIB – İcra başçısının qəzəbinə gəlib
Abşeron rayonu Məmmədli kəndinin bələdiyyə sədri Vaqif Nəbiyev tutduğu vəzifədən azad olunub, barəsində toplanmış materiallar hüquq-mühafizə orqanlarında araşdırılır. Bu barədə “AzPolitika.info”ya Məmmədli kəndindəki mənbələrdən məlumat daxil olub. Bu kəndin yeni bələdiyyə sədri Xəyalətdin Məmmədovdur.
Məlumata görə, 10 ildən artıq Məmmədli Bələdiyyəsinə rəhbərlik etmiş V.Nəbiyev vəzifəsindən uzaqlaşdırılmazdan əvvəl ümumi dəyəri milyonlarla hesablanan əmlaklarını dəyər-dəyməzinə satıb. V.Nəbiyev tam müflis edildikdən sonra vəzifəsindən uzaqlaşdırılıb. İstisna deyil ki, hüquq-mühafizə orqanlarındakı araşdırmanın sonunda onu həbs də etsinlər.
“Abşeron rayon İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcovun kadrı kimi təqdim olunan V.Nəbiyev, torpaq alverinin ən qızğın vaxtlarında Məmmədli Bələdiyyəsinə sədrlik edib. Ondan əvvəl isə bu vəzifəni atası Xəlil Nəbiyev tutub. V.Nəbiyevin bələdiyyə sədri olduğu illərdə Məmmədli kəndinin min hektarlarla torpaq sahəsi satılıb, bu qanunsuz satış və sənədləşdirmələrdən milyonlarla pul mənimsənilib. Lakin buna baxmayaraq, Məmmədli kəndi Bakının ən baxımsız kəndlərindən biri olaraq qalmaqdadır”, deyə, mənbə bildirib.
Təxminən 20 gündür vəzifəsinin icrasına başlayan yeni sədr isə, hələ ki, özünün xidməti kabinetində bahalı təmirə başlaması ilə diqqəti çəkib. Problemləri başdan aşan Məmmədli camaatının isə ondan daha böyük gözləntiləri var.
V.NƏSİBOV
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.