Bir binanın belə istifadəyə verilmədiyi “Khazar İslands”da park açılışı? - ABSURD

Azərbaycanda həyata keçirilən ən böyük və ən bahalı layihə olan “Khazar İslands” layihəsinin birinci mərhələsinin açılışı gələn ay baş tutacaq. “APA-Economics”in məlumatına görə, bunu layihəni həyata keçirən “Avesta” konserninin prezidenti İbrahim İbrahimov bildirib.

Onun sözlərinə görə, bir aydan sonra layihənin birinci hissəsinin açılışı mayın 28-də baş tutacaq: “Biz orada çimərliklər, bir restoranın, körpünü və yolları tam təmir edərək istifadəyə verəcəyik”.

İ. İbrahimov deyib ki, bundan başqa, yeni tikilən şəhərdə 4 kilometr uzunluğunda bulvar, Həmçinin, hər biri 5 hektar olan 2 park istifadəyə veriləcək.

“Khazar İslands” layihəsinin icrasına 3 il öncə başlanıldığını xatırladan konsern prezidenti bildirib ki, bu illər ərzində çox böyük işlər görülüb: “Bu müddət ərzində çətinliklərimiz də olub. Sonda qalib gəlmişik. Çünki biz bu işin bilərəkdən altına girmişik və inanırdım ki, bu layihə baş tutacaq”.

Qeyd edək ki, “Khazar İslands” layihəsi ilə bağlı müəllifin bu nikbinliyini müstəqil mütəxəssislər, həmçinin ciddi Azərbaycan mətbuatı bölüşmür. Layihənin nəzərdə tutulduğu qaydada həyata keçirilməsi qeyri-mümkün hesab edilir. Bunu 3 il ərzində aparılan işlərin səviyyəsindən də görmək olar. Layihə müəllifinin iddiasına görə, 2025-ci ilə qədər "Xəzə Adaları"nda 1 milyon insanın yaşaması nəzərdə tutulur. Lakin qarşıda qalan 11 il ərzində belə bir şəhərin salınması iddiası fantastikadır. 3 il ərzində bir yaşayış binasını belə istifadəyə verə bilməyən layihə müəllifinin belə iddiaları gülüş doğurur.

Xatırladaq ki, indiyədək "şəhərdə" cəmi bir mini futbol meydanının açılışı olub, gələn ay isə, İ.İbrahimliyə inansaq, yaşayışın olmadığı, Bakıdan on kilometrlərlə uzaqda yerləşən ərazidə 2 parkın və çimərliyin istifadəyə veriləcəyi gözlənilir. Məskunlaşmanın olmadığı bir "şəhərin" parklarında kimlərin dincələcəyi maraq doğurur.

Ümumiyyətlə, "Xəzər Adaları" reallıqdan uzaq, fırıldaq bir layihə təsirini bağışlayır.

R.Əliyev

Azpolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar