Türkel Kərimliyə anası ilə görüş vermədilər

Sentyabrın 22-də saxlanaraq qurama ittihamla 25 günlük inzibati həbs cəzasına məhkum edilən AXCP sədrinin oğlu Türkel Kərimliyə ailə üzvlərilə görüş vermirlər. Bu barədə “azadliq.info”ya Kərimlinin ailəsindən məlum olub.

Qanunvericiliyə əsasən inzibati həbs cəzası çəkən şəxslər ailə üzvləri ilə hər gün görüşə və telefon əlaqəsi saxlaya bilərlər.

Türkel Kərimlinin anası Samara Seyidova sentyabrın 24-də qanunun verdiyi bu imkana istinad edərək oğlunun saxlandığı təcridxanaya gedib. Lakin ona oğlu ilə görüş verməyiblər. Təcridxana rəsmilərinə bunun qanunsuz olduğu, inzibati həbs cəzası alanlara ailə üzvləri ilə hər gün görüşmək hüququnun tanındığı xatırladılıb. Təcridxana rəsmiləri bunu etiraf edib, lakin onlara müxalifətçilərə görüş verməməyin tapışırıldığını deyiblər.

Məsələni diqqətdə saxlayacağıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar