Üç rayonun icra başçısı dəyişdirildi - İrşad Əliyev təqaüdə göndərildi

Prezidentin fərmanı ilə Tərtər, Kürdəmir və Ağdam rayon icra hakimiyyətlərinin başçıları işdən azad olunublar."Axar.az" xəbər verir ki, Kürdəmir Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyevə vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Onun yerinə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov təyin olunub.

Milli Təhlükəsizlik Nazirliyinin Tərtər rayon şöbəsinin rəisi Raqif Məmmədov Ağdam rayon icra başçısı təyin edilib.

Qeyd edək ki, mətbuatda Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı məlumatlar yayılmışdı. 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olan Nizami

, 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alıb. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992-2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləyib. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2009-cu il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar