İqtisad Universitetində kadr islahatları davam edir- Şəmsəddin Haçıyevə yaxın dekanlar işdən çıxarıldı

Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Universitetin rektorunun imzaladığı əmrə əsasən Mikayıl Zeynalov ali təhsil ocağının iqtisadi məsələlər üzrə prorektoru təyin edilib.

ADİU-nun İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Vüsalə Məmmədovanın musavat.com-a verdiyi məlumata görə, “Beynəlxalq iqtisadi münasibətlər” və “Ümumi iqtisadiyyat” fakültəsinin dekanları Müzəffər Məmmədov və Kamil Qafarov, eləcə də Magistratura mərkəzinin direktor müavini – MBA Proqramı üzrə rəhbər Rövşən Quliyev tutduqları vəzifədən azad edilib.

Rektorun digər əmri ilə “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinin dekan müavini Mənsur Bərxudarov həmin fakültənin, “Türk dünyası işlətmə” fakültəsinin dekan müavini Asiman Quliyev isə “Ümumi iqtisadiyyat” fakültəsinin dekanı təyin olunub.

Universitetin iqtisadi araşdırmalar elmi tədqiqat institunun şöbə müdiri Nazim Hacıyev isə Magistratura mərkəzinin direktor müavini - MBA Proqramı üzrə rəhbər təyin edilib.

Qeyd edək ki, işdən çıxarılan dekanlar sabiq rektor Şəmsəddin Haçıyevin universitetdə ən yaxın adamları sayılırdı.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar