Hacıbala Abutalıbovun şirlərlə qorunan villası- FOTO

Bakı merinin mülkünün dörd tərəfinə müşahidə kamerası qurlaşdırılıb. Villanın hasarı boyunca ağaclar əkilib. Villanın yanında paytaxtın mərkəzində gördüyünüz iki işıq dirəyi qurlaşdırılıb. Hündür hasarlı villanın bayır tərəfi isə zibil içindədir. Mülkün üzərində dövlət gerbi formasında dairə, dairənin kənarlarında isə Azərbaycan bayrağının rəngləri var. Gerbdə olan alov və sünbülün əvəzinə də “Qurani-Kərim”dən ayə yazılıb.

Hacıbala Abutalıbovun evinin yaxınlığında pivəxana fəaliyyət göstərir. Merin mülkünün qarşısında gözətçi kimi dayanan iki şir heykəlinin olduğu bağ da var. Sakinlər arasında bu bağın adına “Mer bağı” deyirlər. Qaraçuxur sakinlərinin sözlərinə görə, villanın 4 girişi var. Onlardan yalnız 3 girişi göz önündədir. “İcra başçısının qiyməti bilinməyən maşınları, çoxlu sayda villası var. Bu onun yeganə villası deyil, bu cür evlərdən şəhərin başqa yerlərində də var. Özü də bura daim gəlmir”, – deyir sakinlər.

Hacıbala Abutalıbovun mülkü olduğu ərazidə müşahidə apararkən ətrafdakı evlərin çoxunun təmirsiz olduğunu müşahidə etdik. Sakinlərin evləri ömrünü çoxdan bitirmiş təsəvvürü yaradırdı.(interpress.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar